• Dolça və Xərçəng bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 2 252

Tarix : 3-11-2017, 09:00

Bölmə : Bürclər


Hava ünsürünə mənsub Dolça və su ünsürünə mənsub Xərçənglər bir-birlərini yaxşı başa düşəcəklər. Xərçəngin həssaslığı Dolça üçün lazımsız və gülünc görünə bilər. Subaylığına düşkün biri ilə bir yerdə sevgi münasibəti yaşamaq hələ də həssas Xərçəng üçün çox çətin olacaq. Dolça tez alışıb tez sönən bürcdür. Yəni tez sevib tez soyuyur. Bu xarakteri Xərçəngi incidəcək. Ancaq ağıllı Xərçəng Dolçanı əlində tutmağı bacaracaq. Xərçənglər evinə və ailəsinə bağlı insanlardır. Dolçalar isə ailə həyatı qurmağı hər zaman ikinci plana atır. Anlıq yaşayan Dolçalar əylənməyi sevirlər. Dolça ilə münasibətə başlamadan əvvəl yaxşı fikirləşin. Xərçəngi idarə edən hissləri, Dolçanı idarə edən isə məntiqidir. Bu da ikilinin bir-birlərindən fərqli olduğunu göstərir. Bu xüsusiyyətləri onların bir-birlərindən fərqli olduqlarını göstərsə də, bu xüsusiyyətlər sayəsində onlar bir-birlərini tamamlayacaqlar. Bu münasibətdə Dolça hisslərini göstərməkdə çətinlik çəkəcək və bütün iş Xərçəngin üzərinə düşür. Hisslərini ilk ifadə edən tərəf Xərçəng olacaq. Amma bu dəfə də Xərçəng Oğlaqın sevgisindən əmin olmayacaq. Cütlüyün münasibətlərinin yolunda getməsi üçün vaxta ehtiyacları var. Bir müddət sonra romantik cütlük olmasalar da, bir yerdə gözəl vaxt keçirəcəklər.
Etiketlər: Dolça, Xərçəng, Xərçəngi, ünsürünə, Dolçalar, Dolçanı, olacaq, birlərindən, yerdə, fərqli, yaxşı, Xərçənglər, mənsub, idarə, birlərini, Xərçəngin, onlar, çəkəcək, göstərməkdə, münasibətdə
BİZİ İZLƏYİN