• Bürclərə görə arıqlama metodları

Reseptin məlumatları Baxış sayı: 519

Tarix : 19.05.2018, 18:00

Bölmə : Bürclər


Qoç bürcü
Qoçlar yeni layihələr, yeni fikirlərə qarşı həyəcanlandıqları üçün yeni bir qidalanma proqramına başlamaq, yeni diet növü tətbiq etmək onların diqqətini çəkəcəkdir. Qoçlar üçün əsas olan elədiklərinin nəticəsini tez bir vaxtda görməkdir. Əgər uzun vaxt ərzində az nəticə əldə edərlərsə, tez bezirlər.

Buğa bürcü
Buğalar çox ac qalmaq lazım olan dietləri edə bilməzlər, çünki onlar yemək yeməyi sevirlər. Onlar yalnız ləzzətli, amma sağlam qidalar yeyərək diet saxlaya bilərlər. Hətta özlərinin yetişdirdiyi tərəvəzlərdən istifadə edərək yemək hazırlamağa daha çox üstünlük verirlər. Buğalar şirindən uzaq durmalıdırlar.

Əkizlər bürcü
Əkizlər iki işi eyni vaxtda rahatlıqla edə bildikləri üçün diet və idmanı birlikdə davam etdirə bilərlər. Onların bədəni aktiv halda olduğu zaman daha çox kalori sərf edir. İlk günlərdə bir az çətinlik çəkirlər, ancaq sonra öyrəşirlər.

Xərçəng bürcü
Xərçəng bürcü yemək mövzusunda bir az problemli bürcdür. Yeməkləri seçirlər və nizamsız yeyirlər. Düzgün qidalanmaq barədə özlərini tərbiyə etməlidirlər. Bu bürcdə olan analar uşaqlarına çox yemək yedirtmək istəyirlər və bu da sağlam olmayan bir qidalanmaya gətirib çıxarır. Buna xüsusi diqqət etməkləri lazımdır.

Şir bürcü
Şirlər özlərini yaxşı hiss etmək üçün yemək yeyirlər. İclaslar, söhbətlər, dost görüşlərini həmişə yemək mühitində həyata keçirirlər. Buna görə də özlərini rejimə sadiq qalmaq dissiplininə öyrətməlidirlər. Sağlam yeməklər seçdiklərində belə karbonhidratla zəngin souslardan istifadə edirlər. Ona görə ilk növbədə bu souslardan uzaq durmalıdırlar.

Qız bürcü
Qız bürcü üçün diet saxlamaq həm praktik, həm də metodik bir şeydir. Onlar dietə başlamazdan əvvəl yediklərinin qida dəyərini və faydalarını bilmələri, yedikləri hər şeyi planlamaları və bir gündəlik tutmaları lazımdır. Asan işlər görmək Qızlar üçün zövqlü deyil. Onlar həmişə çətin və sistemli işlər görməyi xoşlayırlar. Buna görə də asan olan, içində mükəmməllik olmayan bir diet proqramı bu bürcün insanlarının xoşuna gəlməyəcək və dieta saxlamaq istəyini azaldacaqdır.

Tərəzi bürcü
Tərəzilər ancaq yaxşı bir motivasiya nəticəsində pəhriz saxlamağa razı olarlar. Onların onsuz da doğuşdan gələn bir gözəllikləri və özlərinə inamları var. Pəhriz proqramına daxil olan qidaların ləzzətli və onları xoşbəxt edəcək qidalar olması lazımdır. Pəhrizi özlərinə uyğun hala gətirdiklərində yaxşı nəticə əldə edirlər. Əsasən potasium baxımından zəngin qidalar yeməlidirlər.

Əqrəb bürcü
Əqrəb bürcündə olanlar iradələri güclü insanlardır. Buna görə də idman etməyə ehtiyacları olmur. Əzm, qərarlılıq, nəzarət bu bürcün xüsusiyyətləri arasındadır. Ona görə də pəhriz saxlamaq onlar üçün elə də çətin bir iş deyil. Onlar yalnız yaşamaq üçün yeyənlərdəndirlər. Ancaq sağlam və liflə zəngin bir qidalanma proqramı tətbiq etməlidirlər. Əks halda həmişə həzm sistemində problemlər yaşaya bilərlər.

Oxatan bürcü
Oxatanlar meydan oxumağı və qalib gəlməyi sevirlər. Buna görə də düzgün qidalanmaq və dieta saxlamaq onlar üçün əyləncəli bir məşğuliyyət kimidir. Səviyyəli məkanlarda keyfiyyətli şeylər yeməyi və fərqli dadları sevirlər, ancaq görünüşlərinin də incə olması onlar üçün əsasdır. Buna görə də idmanla məşğul olur və bunu da əyləncəli bir şəkildə etməyi xoşlayırlar. Bu bürcdən olan insanlar qaraciyər cəhətdən həssas olduqları üçün qidalarını buna uyğun seçməlidirlər.

Oğlaq bürcü
Əgər ortaya bir hədəf qoysanız, Oğlaq bürcü insanı bunu bacarar və bunun üçün arı kimi işləyər. Pəhriz saxlamağı da bir iş kimi görərsə, onun öhdəsindən gəlmək Oğlaq bürcü üçün elə də çətin olmayacaqdır. Əlbəttə ki, bu, bir neçə gündə olmayacaq və çətinliklər yaşayacaqdır. Lakin qalib gəlməyi sevdiyinə görə bu, onun üçün elə də problem yaratmayacaq və bacarmaq üçün hər şeyi edəcəkdir. Bu bürcdən olan insanlar kalsium əksikliyinə xüsusi diqqət yetirməli və bu vitaminlə zəngin qidalar yeməyə üstünlük verməlidirlər.

Dolça bürcü
Dolça bürcü insanları yenilikçi və sərbəst olmağı sevdiklərindən adi, hamının etdiyi pəhriz proqramları onlar üçün deyil. Qeyri-adi, fərqli və maraqlı bir pəhriz proqramı olarsa, bunu tətbiq etməyə asanlıqla razı olarlar. Lakin əgər istədikləri nəticəni qısa bir müddətdə əldə etməzlərsə, ona qarşı maraqları itəcək və bir daha bununla maraqlanmayacaqlar. Ancaq pəhrizi bir yaşam forması halına gətirməyi bacarsalar, idmanla da məşğul olmaqla çox yaxşı nəticələr əldə edə bilərlər.

Balıq bürcü
Balıqlar üçün qüsursuz bir pəhriz tapmaq elə də asan olmaya bilər. Hissləriylə hərəkət edən bir bürcdür. Hisslərində yaşanan dəyişikliklərlə əlaqəli olaraq çox yeyib artıq çəki qəbul edə və ya əksinə iştah əksikliyi yaşaya bilirlər. Balıqlar həddindən artıq çox yemək və ya heç yeməmək kimi uc nöqtələrdə olan bir qidalanma sisteminə sahibdirlər. Onlara özlərini yaxşı hiss edəcəkləri, çox yorulmadan, rəqs və yoqa ilə çəki atmağa nail ola biləcəkləri bir proqram hazırlamaq lazımdır. Bu bürcdən olan insanlar sağlam olmayan qazlı içkilərdən və qızartmalardan uzaq durmalıdırlar.

Etiketlər: bürcü, yemək, pəhriz, yaxşı, onlar, qidalar, sağlam, saxlamaq, Onlar, bilərlər, zəngin, lazımdır, özlərini, deyil, çətin, Oğlaq, ancaq, durmalıdırlar, olmayan, həmişə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica