• Aldadıldıqda hansı bürc necə davranır?

Reseptin məlumatları Baxış sayı: 2 554

Tarix : 25-11-2017, 09:00

Bölmə : Bürclər


Qoç bürcü
Əvvəlcə inanmaq istəməzlər. Dünyanın mərkəzi o, olduğu halda, kim belə bir şeyə cürət etmiş ola bilər?

Buğa bürcü
O, sakit, düşünmədən hərəkət etməyən, hətta düşündükdən sonra da uzun müddət hərəkətə keçməyən insandır. Güvənin olmadığı yerdə Buğa da olmaz.

Əkizlər bürcü
Əvvəlcə bir müddət düşünəcəkdir. Çox qəribədir ki, onu aldadan insan istər dostluqda, istər işdə, istər sevgidə olsun, bir anda həm də qiymətə minəcəkdir.

Xərçəng bürcü
Xərçənglərin hissləri çox qüvvətlidir. Onlar hər şeyi asanlıqla hiss edə bilirlər. Əmin olun ki, sizi peşman etmək üçün əllərindən gələni edəcəklər.

Şir bürcü
Bir Şiri bu halda görmək çox pisdir. Ürəkləri elə qırılacaq ki, özünüz də peşman olacaqsınız. Özünüzü əfv etdirməyə çalışmalısınız. Ancaq bunun nə dərəcədə alınacağı bəlli deyil.

Qız bürcü
Düşünəcək ki, həyat onu yenə yanıltmadı. Üzərinə "haqlılıq qüruru” çökəcəkdir. Acı gerçəyi bağrına basıb, yaşamağa davam edəcək.

Tərəzi bürcü
Bu halda Tərəzi əvvəlcə öz xətalarını tapmağa, götür-qoy etməyə çalışacaq. Əgər barışmağı düşünürsə, qisasını mütləq alacaqdır.

Əqrəb bürcü
Eynisi ilə qarşılıq verəcəkdir. Əzilməklə, depressiyaya girməklə vaxt itirməz. Sadəcə ən uyğun şəraitin əlinə keçməsini gözləyər.

Oxatan bürcü
O, həm qarşısındakını, həm də özünü "yandıracaqdır”. Nə özünü bağışlayacaq, nə də onun saflığından yararlandığı üçün qarşısındakını.

Oğlaq bürcü
Bu, dönüşü olmayan bir yoldur. Oğlaqlar çətin silsələr də, tam silən insanlardır. Nə dava çıxaracaq, nə də intiqam alacaqdır. O insanları itirməkdən çox öz qürurunu itirməkdən qorxur.

Dolça bürcü
Bunu əsla özünə sığışdıra bilməz. Ona görə də özünə çox əsəbləşəcək. Adınız çəkildiyi yerləri tərk edəcək.

Balıq bürcü
Ən gözləmədiyiniz reaksiyanı verəcəklər. Bir gecə içib qarşınıza çıxa bilərlər. Gerçəyi eşitmək onlar üçün daha yaxşı ola bilər. Sizi öz xəyanətinizlə baş-başa buraxacaqdır.
Etiketlər: bürcü, halda, istər, bilər, itirməkdən, alacaqdır, edəcək, qarşısındakını, özünü, müddət, Tərəzi, Əvvəlcə, peşman, özünə, şəraitin, Sadəcə, itirməz, uyğun, Oxatan, yandıracaqdır”
BİZİ İZLƏYİN