• Bişmiş südlü kremli blinçik tortu resepti

Reseptin məlumatları Baxış sayı: 36 042

Tarix : 21-05-2018, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 litr süd
2 xörək qaşığı şəkər
3 yumurta
4 xörək qaşığı duru yağ
1 çimdik duz
400 qram un
1 çay qaşığı çay sodası

Krem:
1 banka bişmiş süd
30 qram kərə yağ
100 qram xama

Hazırlanması:
Yumurtanı şəkər və duz ilə ağaranadək mikserlə çalın. Südü əlavə edin, qarışdırın və hissə-hissə unu əlavə edin. Sonda duru yağ və sodanı əlavə edin və kənara qoyun ki, özünü tutsun. Bu müddətdə kremi hazırlayın. Bunun üçün bişmiş südlə kərə yağını mikserlə çalın və xamanı əlavə edib qarışdırın. Kremi soyuducuya qoyun. Bliniləri hazırlamaq üçün tavanı odda isidin, duru yağ ilə yağlayın. Bir qaşıq xəmirdən tavaya tökün yayın və iki tərəfli bişirin. Bu qayda ilə bliniləri hazırlayın. Kremi soyuducudan götürün və bliniləri kremləyib üst-üstə düzün. Öz zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, qarışdırın, çalın, hissə, bliniləri, qoyun, hazırlayın, mikserlə, xörək, şəkər, bişmiş, Kremi, xəmirdən, tökün, isidin, yağlayın, yayın, tavaya, qaşıq
BİZİ İZLƏYİN