• Samsung innovsiyaları hər ailədə rahatlığı təmin edir!

Reseptin məlumatları Baxış sayı: 19 469

Tarix : 3-05-2019, 12:45

Bölmə : Dadlı.Az


Hər bir ailənin xırda köməkçilərə ehtiyacı var çünkin imkanlarımız sərhədsiz deyil. Əməyimizi asanlaşdıran və məişət qayğılarında bizə dəstək olan xüsusi cihazlar olmadan, bizə sevinc hissi yaşadan daha vacib məqamlara zaman ayırmamız mümkünsüz olardı. İldən ilə Samsung həyatımızı rahatlaşdıran daha geniş məhsul assortimenti təqdim edir. Hər il şirkət tərəfindən yeni modellər hazırlanır, dizaynlar təzələnir və ya yeni, digərlərinə bənzəməyən, funksiya, parametrlər və iş prinsipi ilə fərqlənən məişət texnikası yaradılır. Belə ki, buna misal olaraq, Samsung Add Wash paltaryuyan maşını, yuma anlayışını tam olaraq dəyişir. Beləliklə, təkmilləşdirilimiş konstruksiya, hətta unutduğunuz paltarları belə seçilmiş yuma rejimi bitmədən əlavə etməyə imkan yaradır. Əlavə Add Door qapısının köməyi ilə, həmçinin əl ilə yuma tələb edən geyimləri, “pause” düyməsini basaraq ümumi sıxılma rejiminə əlavə edə bilərsiniz. Bununla yanaşı Eco Bubble köpük texnologiyası isə sizə mükəmməl nəticələr əldə etməyə kömək edir, belə ki, köpük parça məsamələrinə daxil olaraq istənilən çirklənməni qüsursuz təmizləyir. Sözü gedən bu texnologiya köpük generatoru vasitəsi ilə yuyucu vasitəni aktiv köpüyə çevirərək, paltaryuyan maşınının barabanı üzərində yerləşən xırda oyuqlar vasitəsi ilə yuma prossesinə daxil edir.
Digər innovativ həlli Samsung yeni nəsil mikrodalğalı sobalarda istifadə etmişdir. Unikal Triangulated Heat qril, istilik reflektoru və isti hava axını dövranını özündə birləşdirir. Belə ki, bu yanaşma, yeməklərin hərtərəfli və bərabər hazırlanmasını təmin edir, Heat Wave Auto funksiyası isə istifadə prossesini asanlaşdırır.
Samsung şirkətinin mühəndisləri bəzən heç gözlənməyən mənbələrdən ilham alaraq, yeni texnologiyalardan istifadə edib, məhsul xüsusiyyətlərini daim təkmilləşdirir və yaxşılaşdırır. Belə ki, yeni Anti-Tangle tozsoranları, cihazın aktiv hissələrinə saç topaları və çirkin dolaşma hallarının qarşısını alan xüsusi turbin ilə təchiz olunmuşdurlar. Mühəndislər, turbin barmaqlıqları üzərində tullantıların topalanmaması üçün tətbiq olunanan əks hava axını ideyasını təyyarə sənayesindən mənimsəyiblər. Belə ki, turbinin yaratdığı bir növ hava burulğanından itələnərək çirk və tullantılar konteynerin dibində toplanır. Nəticədə sovurma gücü təmizliyin əvvəlindən axırına kimi dəyişməz olaraq qalır.
Hər bir ailənin öz yaşam ritmi vardır ki, məişət texnikası da bu ritmə uyğun olmalıdır. Bir çox ailələr həftə içi bazarlıq etməməyi üstün tutaraq, market alış verişlərini istirahət günlərinə planlaşdırırlar. Lakin, belə olduğu təqdirdə, qeyd edilən müddət ərzində məhsulların korlanması halları ilə üzləşirlər. Yeni Samsung soyuducuları birincisi – soyuducu, ikinci isə dondurucu kamera üçün nəzərdə tutulan, iki ayrı hava axını ilə təchiz olunmuşdurlar. Bu cür yanaşma cihazın hər iki kamerası daxilində rütubət və hərarət göstəricilərini tənzimləmək imkanı yaradır. Belə olduğu halda, nə buzlaşma nə də qoxuların bir birinə qarışması müşahidə olunmur. Həmçinin, Samsung soyuducuları ilə biz saxlanma azadlığı əldə edirik, belə ki, yeni rejimlərin sayəsində tələblərdən asılı olaraq, yalnız dondurucu kameranı aktiv edə və ya daha çox saxlama sahəsi əldə etmək üçün sözü gedən buzluğu əsas kameraya çevirə bilərik.
Samsung məişət texnikası hər ailəyə rahatlıq və komfort bəxş etmək üçün nəzərdə tutulub və bu səbəbdən Super Ailənin - Samsung Ailəsi olduğunu unutmamaq gərəkir.

Samsung innovsiyaları hər ailədə rahatlığı təmin edir!

Etiketlər: Samsung, olaraq, məişət, aktiv, texnikası, istifadə, axını, köpük, yaradır, üzərində, olunmuşdurlar, təchiz, nəzərdə, etməyə, dondurucu, soyuducuları, məhsul, vasitəsi, əlavə, gedən
BİZİ İZLƏYİN