• Quzu salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14327

Tarix : 26.12.2016, 21:00

Bölmə : Təqdimat, Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Resepti göndərən : Wirin


Ərzağın çoxluğuna, bəzilərinin qədərinin azlığına təəccüblənməyin - yarısı bəzək üçündür.

Tərkibi:
500 q toyuq əti
1 banka qarğıdalı konservi
1 banka ananas
100 q mayonez
1 q duz
1 q qara istiot
100 q bərk pendir
10 q pomidor
10 q yerkökü
5 budaq şüyüd
1 ədəd qara istiot dənəsi
1 reyhan budağı

Hazırlanması:
Ananasın və qarğıdalının ayrılıqda suyunu süzün (təxminən 20 dəqiqə ələkdə qalsın).

Bəzək üçün olan ərzağı yaxşıca yuyun. Kağız salfetin üzərinə düzün.

Toyuq ətini duzlu suda bişirin.

Toyuq əti və ananası kubik doğrayın.

Dərin qabda toyuq əti, qarğıdalı, ananas, mayonezi qarışdırın. Duz-istiot vurun.

Salat qabına quzu formasında döşəyin - iki oval: biri balaca ("baş"), digəri böyük ("bədən").

Pendiri sürtgəcin xırda gözündən keçirin. Bu, quzunun "yun"u olacaq. Pendirdən "ayaq" və "quyruq" da kəsin.

Yerkökü və pomidorun bərk hissəsindən çiçəklər kəsin. Reyhan budaqları da çiçəklərin saplağı olsun. Şüyüd - quzu üçün ot olsun. İstiot dənəsi də quzunun gözü. Vəssalam. Quzu hazırdır.

Nuş olsun!

Etiketlər: olsun, istiot, qarğıdalı, banka, ananas, Toyuq, kəsin, toyuq, quzunun, dənəsi, döşəyin, formasında, qabına, balaca, digəri, Pendiri, bədən, böyük, Salat, vurun
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Totu
Beyendim.tesekkürler
2 may 2016 20:18
4
Offline
aLoNe AnGeL
gozel gorunur terkibide sadedir...
19 dekabr 2015 15:27
3
Offline
emiwka
Tesekurler...
4 iyun 2015 13:55
2
Offline
Roya
cox gozel gorunur twk
22 dekabr 2014 22:42
1
HƏR YERƏ SƏNİ YAZARAM...AMMA ÖLSƏMDƏ SƏNƏ YAZMARAM!!!!
BİZİ İZLƏYİN




Yandex.Metrica