• İspanaq və badımcanla piroq resepti

Reseptin məlumatları Baxış sayı: 4839

Tarix : 4.09.2017, 22:00

Bölmə : Təqdimat, Quru yeməklər, Tərəvəz yeməkləri, Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q qat-qat xəmir
200 q Filadelfiya pendiri (bərk pendirlə əvəzləmək olar)
200 q ispanaq
1 badımcan
1 yumurta
2 diş sarımsaq
duz
qara istiot
zeytun yağı

Hazırlanması:
İspanağı yaxşıca yuyub suyunu çəkməsi üçün kağız salfetkanın üstünə düzün.

Sarımsağı xırda doğrayıb bitki yağında qızılı rəng alanadək qovurun, ispanağı əlavə edib iki dəqiqə bişirin. Duz vurub ocaqdan götürün.

Badımcanı fal-fal doğrayıb hər iki üzünü qırmızı rəng alanadək yağsız tavada qızardın, duz-istiot vurun.

Kasada pendirlə yumurtanı qarışdırın.

Xəmiri düzbucaqlı yayın. Gözəyarı 3 yerə bölün. İki kənarında paralel kəsiklər edin, ortasını bütöv saxlayın. Xəmiri perqament döşənmiş siniyə qoyun. Kəsiklərin bərabərində ortada badımcan dilimlərini düzün.
İspanağı bərabər qaydada yayın. Üzərinə pendirli qarışığı çəkin. Əgər badımcan dilimləri qalıbsa, onu da üzərinə düzün. Sonra xəmirin iki kənarını ortada ağız-ağıza gətirib düyün kimi bitişdirin. Bu zaman əllərinizi isladın ki, xəmirin "tikişləri" açılmasın.
Piroqun üzərinə zeytun yağı çəkib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Süfrəyə isti-isti verin.

Nuş olsun!

Etiketlər: badımcan, düzün, Xəmiri, İspanağı, ortada, doğrayıb, zeytun, alanadək, istiot, üzərinə, dəqiqə, pendirlə, bişirin, yayın, xəmirin, pendirli, çəkin, dilimləri, Üzərinə, qarışığı
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica