• Yeni il salatı resepti

Reseptin məlumatları Baxış sayı: 11 434

Tarix : 30-04-2017, 16:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Lalə


Tərkibi:
2 ədəd kök,
3 ədəd kartof,
2 ədəd xiyar turşusu,
3 ədəd çuğundur,
2 ədəd yumurta,
1 st. qoz,
200 qr mayonez (təxmini),
duz,istiot

Hazırlanması:
Əvvəlcə tərəvəzləri və yumurtanı suda bişiririb, soyumasını gözləyirik. Soyuduqdan sonra bişirilən bütün ərzaqları sürtgəcdən keçiririk. Salatı hazırlayacağımız qaba ən alt qatdan kartofu əlavə edib, duz, istiot səpirik və üzərinə mayonez çəkirik. Daha sonra yumurta əlavə edib, yenidən mayonezliyirik. Növbəti qata çuğundur və xırda doğranmış qoz əlavə edib, üzərini mayonezləyirik. Bu qayda ilə qalan ərzaqlarımızı da qat-qat əlavə edib, arasına mayonez çəkirik. Son qatda isə həm üzərini, həm də kənarlarını mayonezləyirik. Nəhayət, üzərini göyərti ilə bəzəyək yeni il bağlaması şəklinə salırıq. Soyuducuda 2-3 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, mayonez, sonra, üzərini, istiot, mayonezləyirik, yumurta, çəkirik, çuğundur, arasına, qalan, ərzaqlarımızı, xırda, Növbəti, qatda, doğranmış, qayda, göyərti, Soyuducuda, saxladıqdan
BİZİ İZLƏYİN