• Mətbəx pərdəsi seçərkən nələrə diqqət etmək lazımdır?

Reseptin məlumatları Baxış sayı: 463


Mətbəx hər evin mərkəzi sayıldığına görə, interyerinə çox böyük önəm verilir. Pərdə seçimi mətbəx interyerini tamamlayan vacib amil sayılır. Mətbəxin işıqlandırılması, havalandırılması çox vaxt pərdənin ölçüsündən, parçasından, rəngindən asılı olur.

Ilk öncə pərdənin parçasına diqqət yetirməliyik. Parçanın çirkə və toza qarşı davamlı olması, rəngin keyfiyyəti və tez solmaması pərdənin uzun müddət xidmət etməsinin göstəricisidir.

Hal hazırda toz və çirkdən qoruyan pərdə materialları istehsal olunur. Bundan əlavə materialın tərkibinə yüngül alışmanın və gündən yanmanın qarşısını alan xüsusi məhlul əlavə olunur.

Parça olaraq pərdə üçün ən ideal variant tərkibinə az miqdarda sintetika əlavə olunmuş kətan parçadır. Kətan yuyulması, taxılıb-çixarılması asan, görünüşü isə sadə amma bir o qədər də nəcib parçadır. Viskoz və polyesterdən olan pərdələr də münasib variantdır.

Pərdənin rənginə gəldikdə, onu demək olar ki, xanımların çoxu mətbəx mebelinin rənginə uyğun gələn pərdə rəngi seçir. Pərdə mətbəxin elə bir elementidir ki, o bütün mətbəxin görünüşünü dəyişə bilər. Əgər daha iddialı pərdə rəngi seçmək istəyirsinizsə o zaman çalışın pərdə ümumi interyerlə uyğunluq yaratsın.

Pərdənin açıq tonları balaca mətbəxləri vizual olaraq daha böyük göstərir. Mətbəxi olduğundan böyük göstərməyin başqa üsulu da divar rənginə uyğun pərdə rəngi seçməkdir. Bir tonlu və ya iri ornamentli pərdələr mətbəxə görkəmli görünüş verir. Iri zolaqlı, damalı, güllü pərdələr buna misal gətirilə bilər.

Mətbəxiniz o qədər də böyük deyildirsə, çalışın tünd rəngli pərdələrdən uzaq durun. Belə pərdələr mətbəxi olduğundan daha kiçik göstərir. Bundan əlavə tünd rəng insanı tez yorur.

Pərdənin fuksianallığı mətbəxin xüsusiyyətlərindən asılıdır. Əgər mətbəx cənub tərəfə baxırsa mütləq günün müəyyən saatlarında mətbəxi gündən qorumaq lazımdır.

Əgər mətbəx küçəyə baxır və birinci mərtəbədə yerləşirsə axşam vaxtı kənar gözlərdən uzaq olmaq istəyi oyanır. Belə hallarda portyer parçadan pərdələr, vertikal və ya qorizontal jalüz istifadə etmək olar.

Gündən müdafiənin bir yolu da altdan jalüz və ya birtonlu qalın parçalı pərdə, üstdən isə açıq tonlu və ya şəffaf tül istifadə etməkdir.

Etiketlər: mətbəx mebelləri, mətbəx mebeli, mətbəx mebelləri və qiymətləri, mətbəx dizaynı, mətbəxt mebelləri, mətbəx stol stulları, mətbəx aksesuarları, mətbəx azərbaycan, mətbəx dizaynları, mətbəx divanları, mətbəx divar kağızları, mətbəx künc divanları
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica