• Mətbəxinizi dekorasiya edək?

Reseptin məlumatları Baxış sayı: 2 921

Tarix : 27-09-2017, 20:00

Bölmə : Mətbəx dekorasiyası


İstər yemək hazırlamaq üçün olsun, istərsə də təmizlik işləri üçün - evdar xanımlar mətbəxdə çox vaxt keçirir. Elə buna görə də daha az əsəbi olmaq və yemək hazırlamaqdan həzz almaq üçün mətbəxinizin gözünüzə gözəl görünməsi lazımdır.
Mətbəxinizi səliqəyə salmaq və onu gözəlləşdirmək üçün heç də sərvət xərcləməyə gərək yoxdur. Sizə bir neçə kiçik sirr verəcəyik. Əvvəlcə, mətbəxinizi özünüzün daxili dünyasına, öz məninizə görə dekorasiya etdiyinizdən əmin olun. Musiqini sevən birisinizsə, o zaman mətbəxiniz də sizin kimi dinamik olmalıdır. Mətbəxinizin bir küncündə isə səsucaldana yer ayırmalısınız. Beləcə, yemək hazırlayarkən rahatlıqla musiqi dinləyə bilərsiniz. Canlı, rəngarəng xarakteriniz varsa, mətbəxinizin yorğun aurasından canınızı qutarmaq üçün dekorasiyada rəngarənglikdən istifadə edə bilərsiniz.
Mətbəx dekorasiyası müzakirə mövzusudursa, edə biləcəyiniz çox şey var. Ağ təravətli və neytral rəngdir. Bu tip rənglərlə mətbəxinizi boyanın. Mətbəx pəncərəsini dekorasiya etmək istəyirsinizsə, ilk olaraq parlaq rəngli pərdələr alın. Mətbəx pəncərənizin çöl tərəfinə saxsı dibçəklərdə çiçək qoya bilərsiniz. Beləcə, mətbəxiniz şənlənər.
Mətbəxinizdə pəncərənin yanına taxtadan oturacaq hazırlaya və üstünə döşək də ata bilərsiniz. Bura sizin qəzet oxumaq, səhərlər qəhvə içmək və kitab oxumaq kimi məşğuliyyətlərinizi rahatlıqla edə biləcəyiniz sevimli küncünüzə çevriləcək. Mətbəxiniz belə daha yaradıcı görünəcək.
Etiketlər: mətbəx mebelləri, mətbəx mebeli, mətbəx mebelləri və qiymətləri, mətbəx dizaynı, mətbəxt mebelləri, mətbəx stol stulları, mətbəx aksesuarları, mətbəx azərbaycan, mətbəx dizaynları, mətbəx divanları, mətbəx divar kağızları, mətbəx künc divanları
BİZİ İZLƏYİN