• Mətbəx dəzgahlarının xüsusiyyətləri - Süni Mərmər

Reseptin məlumatları Baxış sayı: 4 757

Tarix : 20-05-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Əgər dəzgahınızda kəsintisiz yemək hazırlanacaqsa ən ideal seçimdir.

Təyinat: Ocağın və çanağın ətrafı da daxıl olmaqla hər yerdə və hər cür şərtdə istifadə oluna bilən çox praktik və gözəl bir seçim.
Ən yaxşı görünüş: Modern və Contemporary tərzdə olan mətbəxlərdə tünd gri, 3-d qəhvəyi və mavi kimi canlı rənglər heyranedici bir görüntü əmələ gətirir. Əgər evinizin içini ənənəvi bir tərzdə dizayn etdirmisinizsə, krem, bej kimi neytral rəngli olanlar daha yerində olar.
Saxlanması: Ləkələri önləmək üçün tökülən mayeləri dəsmal ilə silin. Yumşaq, nəm parça və sərt olmayan yuyucu ilə təmiz saxlayın.
Sızdırma: Yox
Davamlılıq: Süni mərmər təbii daş növlərinin böyük əksəriyyətindən daha dayanıqlıdır. Əgər ləkənin rəngi dərinə nüfuz etsə belə öz rəngində olan kleyi ilə təmir oluna və üzərinə düşən cızıqlar qumlama (şilfovka) ilə yenidən əvvəlki vəziyyətinə qaytarıla bilir.
İstifadəlilik: Süni mərmər istilik verilərək birləşməsiz, bütöv görüntülü istənilən formaya salına bilər.
Etiketlər: oluna, tərzdə, mərmər, dayanıqlıdır, əksəriyyətindən, dəsmal, böyük, ləkənin, rəngi, rəngində, nüfuz, dərinə, növlərinin, təbii, yuyucu, olmayan, parça, təmiz, saxlayın, silin
BİZİ İZLƏYİN