• Daha yaxşı mətbəx necə olmalıdır?

Reseptin məlumatları Baxış sayı: 3 008

Tarix : 8-06-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Yaxşı mətbəx rahat işləmə imkanı verən ölçülərdə, havalandırılması və işıqlandırması baxımından problemsiz, tez təmizlənə bilən və sağlamlıq qaydalarına uyğun şəkildə planlanmalıdır.

1. Mətbəx yeri mümkünsə evin şimal hissəsində olmalıdır. Əgər ev iki mərtəbəlidirsə mətbəx üst mərtəbədə olmalıdır. Mətbəx üst mərtəbədə olan zaman yemək qoxuları evin içinə yayılmadan çıxıb gedəcək.

2. Mətbəxdən süfrəyə servis rahat olsun deyə mətbəx və yemək otağı mümkün qədər bir birinə yaxın olsa yaxşıdır.

3. Mətbəxin havalandırması baxımından pəncərələrin geniş və fərah olması gərəklidir.

4. Mətbəx dəzgahının divarları fayansdan olmalıdır.

5. Mümkün qədər mətbəxinizdə mavi rəngləri üstün tutun. Çünki mavi rəng ağcaqanad və digər həşəratları uzaq tutacaqdır.

6. Eyni zamanda yaşıl rəng də məsləhət oluna bilər. Çünki insana rahatlıq verən rənglər arasındadır.

7. Mətbəxdə rahat çalışmaq üçün imkan varsa mətbəx geniş olmalıdır.

8. Qapı və pəncərələr qarşılıqlı olmalıdır, bu havanın daha yaxşı cərəyan etməsinə və qoxuların çıxıb getməsinə yardımçı olacaqdır.
Etiketlər: olmalıdır, mətbəx, Mətbəx, rahat, baxımından, Çünki, qədər, mərtəbədə, çıxıb, verən, yemək, geniş, məsləhət, həşəratları, zamanda, yaşıl, tutacaqdır, tutun, Mümkün, fayansdan
BİZİ İZLƏYİN