• Mətbəx divarları necə olmalıdır?

Reseptin məlumatları Baxış sayı: 4 317

Tarix : 14-05-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Məbəx xüsusilə qadınlar üçün özəl məkan hesab olunur. Əlbəttə bu yanlız qadınlar üçün deyil, yemək hazırlamağı, mətbəxdə vaxt keçirməyi sevən hər kəs üçün keçərli arqumentdir. Beləliklə mətbəxdə çatışan və çatışmayanları, gözdən yayınan hər bir xırda detalları bilən yenə onlardır. Buna görə də mətbəxlərinin ehiyac və zövqlərinə uyğun dizayn ediləsini istəyərlər. Zaman – zaman ehtiyaclarla əlaqədar bəzi suallar yarana bilər. Bu suallardan biri də mətbəx divarları necə olmalıdır, fayans bunun üçün ən uyğun materialdır mı?

Mətbəx evdə buxarın, istiliyin, suyun ən çox olduğu məkan olduğundan digər otaqlara nisbətən mətbəxin planlanmasına xüsusi diqqət yetirilir. Fayanslar uzun illərdir ki, bir çox ev sahibinin seçimi olub,sağlam bir döşəmə yöntəmi hesab olunan materialdır. Həm suya, nəmə qarşı olduqca davamlı, həm də təmizlənməsi çox rahatdır.

Lakin ən böyük yalnış mətbəx divarı üçün yalnız fayansdan istifadə olunması fikridir. Mərmər, keramika, kərpic, divar boyası kimi bir çox seçimlərin də olduğu gözardı edilməməlidir. Artıq istilik və suya davamlı olaraq emal edilən bu materiallarla mətbəxinizdə istədiyiniz dekorasiyanı qura bilərsiniz.
Divar kağızı istifadə edərək xoş görünüş yarada və büdcə baxımından da yükünüzü azalda bilərsiniz. Antibakterial və təmizlənəbilən özəlliklərdə olan vinil divar kağızları yırtılmağa, nəmə və ləkələrə qarşı davamlıdır. Həm də divar kağızlarını istənilən zaman dəyişdirə, yenilik edə bilərsiniz.

Mozaik daşlar da mətbəx divarlarınız üçün digər seçimlərdən biridir. Mətbəx dolablarınız, əşyalarınız və divarınıza uyğun rənglərdə seçəcəyiniz mozaik daşlarla mətbəxinizin dekorasiyasını daha da rəngləndirə bilərsiniz.

Unutmayın ki, sadaladıqlarımızın hər biri bütün növ divarlarda istifadə oluna biləcək, təhlükələrə qarşı davamlı materiallardır. Əgər mətbəxinizdə estetik və modern görüntü yaratmaq istəsəniz bunların hər birini eyni anda istifadə edərək həm də divarlarınızı eyni olmaqdan qurtara bilərsiniz.

Mətbəx divarları necə olmalıdır?

Mətbəx divarları necə olmalıdır?

Mətbəx divarları necə olmalıdır?

Mətbəx divarları necə olmalıdır?

Mətbəx divarları necə olmalıdır?

Etiketlər: bilərsiniz, istifadə, davamlı, mətbəx, qarşı, divar, uyğun, mətbəxinizdə, materialdır, edərək, zaman, olduğu, digər, məkan, hesab, Mətbəx, mətbəxdə, qadınlar, yükünüzü, Antibakterial
BİZİ İZLƏYİN