• Mətbəx nizamı necə olmalıdır?

Reseptin məlumatları Baxış sayı: 2 593

Tarix : 1-01-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Mətbəxdə “mükəmməl gedişat”-ın olmaması sizə işinizin rahat görülməsində maneələr yarada bilər. Mətbəxdə “uğursuz hərəkət”-lər etmək məcburiyyətində qalmamaq üçün siz dolabları məhz öz gedişatınıza uyğun şəkildə yerləşdirin.

Mətbəxinizdə “mükəmməl gedişat”-ı yaratmaq üçün siz bu məqamlara diqqət yetirməlisiniz.

1.Saxlama guşəsi.
Saxlama guşəsini sobanın yaxınlığında olan siyirmədə yerləşdirin. Saxlama guşəsinin seçimi insandan insana dəyişir. Alış-veriş və bişirmə vərdişlərimizi nəzərə alsaq saxlama guşəsinin geniş olmasına diqqət etməliyik.

2.Dəzgah genişliyi.
Yemək hazırlanan dəzgahı soba ilə çanağın arasına yerləşdirin. Bununla siz həm suya və zibilqabına, həm də sobaya yaxın olursunuz. Çanağın genişliyini və qalınlığını nəzərə alın. Nəzərə alın ki, siz burada tərəvəz doğramaqdan tutmuş, xəmir açmağa kimi bütün işləri görəcəksiniz.

3.Mətbəx tullantıları.
Zibil qutusunu siz çanağın altındakı siyirməyə qoya bilərsiniz. Əlavə olaraq təmizlik üçün lazım olan ləvazimatları da burda yerləşdirin.

4.Ərzaların yerləşdirilməsi.
Qida məhsullarının saxlandığı dolab mətbəxin mərkəzində, əlçatan yerdə yerləşdirilməlidir.
Əgər, mətbəxinizdə bu məqamlara diqqət yetirsəniz mətbəxinizi mükəmməl mətbəxə bir addım daha yaxınlaşdıracaqsınız.
Etiketlər: yerləşdirin, Saxlama, diqqət, gedişat”, “mükəmməl, nəzərə, yaratmaq, olaraq, guşəsinin, mətbəxinizdə, Mətbəxdə, çanağın, məqamlara, açmağa, görəcəksiniz, tullantıları, Mətbəx, xəmir, işləri, bütün
BİZİ İZLƏYİN