• Mətbəxin təmiri zamanı nələri nəzərə almaq lazımdır - mütəxəssislərin məsləhətləri

Reseptin məlumatları Baxış sayı: 3 594

Tarix : 30-03-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Funksional və rahat mətbəx planlaşdırmaq istəyirsinizsə, bir neçə sadə qaydalara riayət etməyiniz kifayətdir.

1. Mətbəx qarnituru.
Mətbəx dolablarını sifariş edərkən bir neçə standart ölçüləri nəzərə alın: 15 sm eni olan dolablar — butulkalar üçün, 30 sm enində olan dolablar — qabağa doğru hərəkət edən saxlama sistemləri üçün və, nəhayət, 45 sm — əsas saxlama dolabları üçün ən ideal ölçülərdir.

60 sm eni olan dolabların içərisinə mikrodalğalı soba və ya fırın yerləşdirmək olar.

Üzərində iş görmək üçün nəzərdə tutulmuş səthlərin hündürlüyü (yəni, döşəmə üzərində quraşdırılmış dolabların hündürlüyü) 80 sm-dən az olmamalıdır.

Diqqət!Mətbəx mebelini yalnız suvaq işləri tam başa çatdıqdan və mətbəxin bütün divarları tam hazır olduqdan sonra sifariş etmək lazımdır.

2. Erqonomika (rahatlıq).
Mətbəxdə xörək bişirmək sizin üçün əzaba çevrilməsin deyə, məişət avadanlıqlarının və işlək zonalarının yerini qabaqcadan təyin edin. Belə ki, mətbəx interyerini planlaşdıran zaman “üçbucaq” qaydasını unutmayın: soyuducunu, mətbəxçanağını və qaz sobasını bir-birinə yaxın məsafədə yerləşdirin ki, xörək bişirən zaman mətbəxin içərisində artıq hərəkət edib, vaxt itirməyəsiniz.”Üçbucaq” qaydasına riayət etsəniz, sizə lazım olan hər bir şey əlaltında olacaqdır.

3. Üzləmə materialları.
Yadda saxlamaq lazımdır ki, mətbəxin təmirində və dolabların hazırlanmasında istifadə edilən hər bir material suya davamlı və asanlıqla yuyulub təmizlənən olmalıdır.Mətbəx dolablarının üst qapaqları süni daşdan, mətbəx önlüyü isə şüşə vəya kafel plitələrindən hazırlamaq lazımdır. Mətbəx divarlarının suvanmasında isə suya davamlı suvaq materialları istifadə edilməlidir.

Mətbəxin döşəməsinə taxta örtük vura bilərsiniz, çünki hal-hazırda satışda sərt və suyadavamlı taxta örtükləri mövcuddur. Birdə ki, taxta döşəmənin üzərinə düşmüş qab-qacaq çox güman ki, sınmayacaq.

4. Ada şəklində hazırlanmış mətbəx qarnituru.
Bucür mətbəx qarnituru adətən içərisində tez-tez xörək bişirilən mətbəxlər üçündaha əlverişlidir. Bu cür planlaşdırma çox rahatdır, çünki “ada”yadörd bir tərəfdən yaxınlaşmaq, həmçinin onun dolablarının içərisinə qaz sobası montaj etmək mümkündür. Əgər siz həmin “ada”nın içərisinə mətbəx çanağı və ya qabyuyan da quraşdırmaq istəyirsinizsə, qabaqcadan oraya su vəkanalizasiya xətlərini çəkməlisiniz.

Əyər mətbəx adas ıilə divar boyu yerləşən mətbəx dolablarının arasındakı məsafə 120 sm təşkil edərsə, dolabların bütün qapıları asanlıqla, heç bir maneə olmadan açılıb-bağlanacaqdır.


5. İşıqlandırma.
Bir çoxları mətbəx qarniturunun işlək səthinin işıqlandırılmasına əhəmiyyət vermi rvə mətbəxin tavanda asılmış bir çıl-çıraqla işıqlandırılmasının yetərli olmadığını nəzərə almır. Mətbəx üçün ən ideal variant — işlək səthin üst dolablarının altında quraşdırılmış lampalarla işıqlandırılmasıdır.


Yekun olaraq, nəzərinizə bir daha çatdırmaq istəyirik ki, mənzilinizdə (və o cümlədənmətbəxdə) təmirə başlamazdan qabaq mebel əşyalarının otaqda (və ya mətbəxdə)düzülüş qaydasının müəyyənləşdirəsiniz.
Etiketlər: mətbəx, Mətbəx, dolablarının, mətbəxin, dolabların, qarnituru, işlək, içərisinə, taxta, lazımdır, xörək, bütün, quraşdırılmış, hündürlüyü, etmək, suvaq, zaman, asanlıqla, çünki, istifadə
BİZİ İZLƏYİN