• Mətbəx mebelinin rənglərini necə seçməliyik?

Reseptin məlumatları Baxış sayı: 3 262

Tarix : 31-03-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Mətbəx mebelinin rənglərini seçərkən çox diqqətli olmalıyıq çünki, mətbəx evdə olarkən ən çox vaxt keçirdiyimiz yerlərdən biridir. Mətbəxinizin xoş dizaynlı olmağı, düzgün rəng seçimi sizə mətbəxdə keçirdiyiniz vaxt müddətində xüsusi rahatlıq verəcək.
Mətbəx mebelinin rənglərini

Mətbəx Mebelinin Rənglərini Necə Düzgün Seçməliyik?
Mətbəx mebelinin rəngləri üçün əsasən açıq tonlardan istifadə edilir. Əgər kiçik bir mətbəxə sahibsinizsə bu mətbəxinizi geniş göstərəcəkdir.
Tünd rənglərin istifadəsi isə tam tərsi mətbəxinizi sıxıcı hala gətirə bilər. Əgər mətbəxiniz genişdirsə bu zaman dolablarda tünd rənglərdən istifadə edə bilərsiniz, lakin bu zaman döşəmənin və divarların rəngini açıq rəngli etməyiniz məsləhətdir

1. Çox insan mətbəxinin ağ rəngdə olmasını istəyir. Bu ağ rəngin daha geniş və fərah görüntü yaratması ilə əlaqəlidir.
Mətbəx mebelinin rənglərini

2. Kirli bəyaz tonları əsasən ağ rəngdə olan mətbəxlərin təmiz saxlanılmasından əziyyət çəkənlərin seçimidir.
Mətbəx mebelinin rənglərini

3. Taxtadan olan mətbəx mebeli seçiminizdirsə bu zaman mətbəx üçün ən yaxşı rəng qəhvəyi və krem tonlarıdır.
Mətbəx mebelinin rənglərini

4. Mətbəxiniz genişdirsə bu zaman tünd boz rəng seçiminiz ola bilər.
Mətbəx mebelinin rənglərini

5. Mavi rəng insanlara rahatlıq verən bir rəngdir. Mətbəxdə mavi rəngin seçimi gözəl görüntü yaratmaqla bərabər sizdə rahatlıq, dinclik yaradacaq.
Mətbəx mebelinin rənglərini

6. Qara rəng mətbəx mebelini əgər mətbəxiniz böyükdürsə və işıqlıdırsa seçə bilərsiniz. Dolablardan başqa hər bir şeyin açıq rəngdə olmasına diqqət edin. Hətta dolab qulplarını ağ rəngdə seçin. Bu rəng mətbəxinizə modern hava qatacaqdır.
Mətbəx mebelinin rənglərini

7. Yaşıl rəng təbiət rəngidir, əsasən sakitliyi özündə əks etdirir. Mətbəxinizdə yaşıl tonların istifadəsi orada sizə daha rahat bir mühit bəxş edəcək.
Mətbəx mebelinin rənglərini

8. Narıncı rəng sevincin, güvənin, xoşbəxtliyin simvoludur. Narıncı rəng və çalarlarından istifadə edərək mətbəxinizdə səmimi, isti bir mühit yarada bilərsiniz. Həmçinin narıncı rəngin iştah açdığı da deyilir. Narıncı rəngi mavi tonları, boz və ağ rənglə sintez etmək xoş olardı.
Mətbəx mebelinin rənglərini

9. Qırmızı rəng mətbəxlər dinamik həyat tərzini sevən insanların seçimidir. Canlı, parlaq rənglər mətbəxdəki iş görmə performansımızı artıracaqdır.
Mətbəx mebelinin rənglərini

10. Mətbəxinizdə sarı rəngdən istifadə sizə xoşbəxtlik və sevinc gətirəcəkdir. Sarı rəng ilə qara və boz rənglərini kombinə edə bilərsiniz.
Mətbəx mebelinin rənglərini

Mətbəx mebelinin rənglərini seçərkən hər bir şeyə diqqət edin çünki, mətbəx ləzzətli yeməklərinizi hazırladığınız yer olmaqdan əlavə həm də, sevdiklərinizlə oturub söhbət etdiyiniz yerdir.
Etiketlər: Mətbəx, rənglərini, mebelinin, mətbəx, istifadə, zaman, bilərsiniz, rəngdə, rahatlıq, Narıncı, rəngin, əsasən, geniş, istifadəsi, mətbəxinizi, seçimidir, diqqət, tonları, bilər, görüntü
BİZİ İZLƏYİN