• L tipli künc mətbəx dolabları

Reseptin məlumatları Baxış sayı: 3 556

Tarix : 18-04-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


L tipli künc mətbəx dolabları sizlərə mətbəxinizdə bir çox məqamda avantaj yaradacaqdır. Keçmişdən bu günümüzə nəzər salsaq bir çox mətbəx mebelləri ilə qarşılaşdıq, yanız L tipli mətbəxlər ən çox sevilən mətbəx mebeli modeli olaraq həyatımızda yer aldı.

L Tipli Künc Mətbəx Dolabları Hansı Mətbəxlər Üçün Əlverişlidir?
L tipli künc mətbəxlər kiçik mətbəxlərdə əlavə yer qazanmağı təmin etsə də, bəzən böyük mətbəxi olanların da seçimidir. Künc mətbəx dolab modelləri dəzgah genişliyi ilə seçilir və bu iş görülməsində üstünlük yaradır. Künc mətbəxlər həm də depolama üçün əlverişlidir.

Mətbəxiniz üçün künc mebel fikirindəsinizsə bu zaman fırın və mikro dalga tipli elektronik avadanlıqlarını mətbəxin eyni hissəsində yerləşdirməyiniz tövsiyyə olunur. Beləliklə siz həm əlavə yer itkisinin qarşısını almış olacaqsınız, həm də bu yemək bişirərkən sizə rahatlıq yardacaqdır.

Künc mətbəx dəzgahının birləşmə hissəsində siz mətbəx çanağını yerləşdirməklə bu hissəni yuma və hazırlama hissəsi olaraq dəyərləndirə bilərsiniz. Dəzgahın altındakı dolabı yuyucu vasitələrini qoymaq üçün ayırın.

Dolabların birləşmə yerini siz siyirmə də edə bilərsiniz.

L tipli mebellərə əgər mətbəx böyükdürsə ada mebeli və ya yemək yeməyiniz üçün stol əlavə edə bilərsiniz.

Künc mətbəxlərin necə əlverişli istifadəsini təmin etmək olar?
Künc mətbəxlər mətbəx üçbucağı şəklində dizayn olunmalıdır. Yəni, mətbəxin əsasını təşkil edən bişirmə, yuma, saxlama üçbucağını düzgün təşkil etmək vacibdir. Mətbəx çanağını mətbəx mebelinin tam ortasına yerləşdirilməsi sizə iş görərkən rahatlıq yaradacaq bunla siz həm bişirmə, həm də saxlama hissəsinə yaxın ola bilərsiniz. L tipli mətbəxdə yuma hissəni künc hissədə yerləşdirməyiniz sizə mətbəxdən rahat istifadəni təmin edəcəkdir.
kunc,metbex,mebel,mətbəx,künc

L tipli mətbəx mebellərində açıq rənglərdən istifadə son zamanlarda çox istifadə edilir. Bunun ən başlıca səbəbi isə ağ rəngin, açıq tonların mətbəxi daha geniş göstərməyidir. Mətbəxiniz kiçikdirsə bu yolla siz genişlik əldə etmiş olacaqsınız.

Mətbəxinizdə bir-biri ilə zidiyyət təşkil edən ağ və qara rənglərin istifadəsi modern görüntü yaradacaqdır. Bu rənglər həm də klassik tərzə uyğundur.

Mətbəxdə rəng seçiminiz qəhvəyi tonlarında da ola bilər.

Künc mətbəxlərin dizaynında canlı rəng tonlarından da istifadə mətbəxdə gözəl ab-hava yaradacaqdır.
Etiketlər: mətbəx, tipli, mətbəxlər, bilərsiniz, istifadə, təşkil, təmin, əlavə, yaradacaqdır, hissəni, olacaqsınız, yerləşdirməyiniz, mətbəxi, Mətbəx, çanağını, rahatlıq, saxlama, birləşmə, yemək, olaraq
BİZİ İZLƏYİN