• Modern üslubda mətbəx mebelləri

Reseptin məlumatları Baxış sayı: 164

Tarix : 19.04.2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası




Modern mətbəxi dizayn etmək digər stillərə nisbətən daha çətin bir prosesdir çünki, hər kəsin modern anlayışı biraz fərqli olur. Modern mətbəxlərdə, klassik mətbəx mebellərinin tam əksi olaraq dizaynda bəzək və müxtəlif işləmələrdən istifadə edilmir və tam sadə şəkildə tərtib edilir.

Modern mətbəxlərin xüsusiyyətləri.
Modern mətbəxlər özündə rahatlığı, funksionallığı və sadəliyi birləşdirir. Mətbəx mebelində hər şeydən əvvəl mebelin işə yararlılığı ön planda olmalıdır. Hal-hazırda modern mətbəx mebelləri ən çox istifadə edilən mətbəxlərdir. Bu onunla bağlıdır ki, modern mətbəxləri həm kiçik, həm də böyük mətbəxlərdə mükəmməl dizayn etmək mümkündür.

Modern mətbəxlər əsasən, lakonik və lazımsız elementlərin olmaması ilə diqqət çəkir.
Modern mətbəxlərdə funksionallıq ön planda olduğu kimi mebelin estetik görünüşü də çox vacibdir. Estetik görünüş əsasən son zamanların trendləri əsasında formalaşır.

Modern mətbəxlərdə rəng istifadəsi.
Modern mətbəxlərdə çox rəng çalarlarından istifadə etmək yerinə, 2 və ya 3 rəngdən istifadə ilə siz mətbəxinizi tam modern üslubda tərtib edə bilərsiniz. Mətbəxdə rənglərdən düzgün istifadə dəbli interyerin əsas şərtlərindən biridir.

Mətbəxinizdə fərah görüntü yaratmaq istəyirsinizsə açıq tonlardan, ən çox da ağ rəngdən istifadə edin.
modern,metbex,mebelleri,mətbəx,mebelləri,kuxna

Modern mətbəxdə 2 rəngin sintezinə üstün tutun.

Mətbəxinizdə isti ab-hava yaratmaq üçün narıncı, sarı və yaşıl rəglərin parlaq tonlarından istifadə edin.

Ağ və qara rənglərdən istifadə etmək üçün mətbəxinizin çox işıqlı və aydın olması vacibdir.

Modern mətbəxlərdə material çeşidi.
Mətbəx mebelində material seçimi digər mebellərdən daha məsuliyyətli işdir. Mətbəx mebeli üçün elə materiallardan istifadə olunmalıdır ki o suya, buxara, nəmə qarşı müqavimət göstərə bilsin. Bu şərt həm modern, həm də klassik mebellər üçün keçərlidir.
Modern mətbəxlərin dəzgahında əksər vaxt süni mərmərlərdən istifadə olunur. Dəzgaha su və ya başqa mayelərin tökülməsində yaranacaq fəsadların qarşısını almaq üçün ən yaxşı üsul mərmərdir.

Modern mebellərdə mətbəx dolabları əsasən, MDF və ya təbii ağacdan hazırlanır. Uzun müddətlik istifadə üçün ağac mebellər tövsiyyə edilir. MDF ağaca nisbətən daha ucuz və əlvrişlidir və kiçik ağac kəsiklərinin sıxılmasından hazırlanır.
Fasad istehsalında istifadə olunan materiallar müxtəlif olur. Fasadlar MDF-dən, şüşə materiallardan, ağac və plasikdən hazırlana bilər. Seçim isə tam olaraq sizə qalır.

Etiketlər: istifadə, Modern, modern, mətbəxlərdə, etmək, mətbəx, əsasən, Mətbəx, dizayn, mətbəxinizi, rənglərdən, tərtib, edilir, rəngdən, mətbəxlər, material, hazırlanır, kiçik, vacibdir, mebellər
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN