• Klassik mətbəx mebelləri

Reseptin məlumatları Baxış sayı: 4 313

Tarix : 20-04-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Klassik mətbəxlər, dəbdəbə və zərifliyi mətbəxində görmək istəyənlərin seçimidir. Klassik mətbəx dolabları təbii ağacdan istifadə edilərək, xüsusi sənətkarlıqla hazırlanır.

Klassik deyərkən ağıla bir çox fikir gəlir lakin, klassik sözündə əsas məna modası keçməyən, həmişə aktual olandır hətta, illər keçdikcə daha da dəyərlənir. Bütün klassik tərzdə olan əşyalar kimi klassik mətbəxlər də insanlar tərəfindən sevilir və xüsusi önəm daşıyır.

Mebel sənayesində texnologiya nə qədər inkişaf etsə də klassik mebel dekorasiyası üçün lazım olan ünsürləri bir araya gətirib və onları bir-birinə uyğun şəkildə istifadə etmək çətin bir prosesdir.
Klassik mətbəxin özünü göstərə bilməyi üçün geniş mətbəx tələb olunur. Kiçik mətbəxdə klassik mebel xoş görünməyəcəkdir. Lakin, geniş mətbəxə sahibsinizsə klassik mətbəx modeli mətbəxinizi tamamlayacaq.

Klassik mətbəxlərdə divar rəngi seçimi.
Klassik mətbəxlərdə divar rəngi olaraq açıq rənglərdən istifadə edin. Mətbəxin yanında yemək otağı varsa mətbəxlə yemək otağının divarlarını eyni rəngə boyayın.

Klassik mətbəxlərdə dolab seçimi.
Mətbəx dolablarında əsasən təbii ağacdan istifadə edilir ki, ağac üzərində müxtəlif oyma işləri həyata keçirilsin. Ekonomiya baxımından təbii ağac yerinə MDF-dən istifadə edəbilərsiniz. Amma dolab qapaqları üzərində oymaların edilməsi ilə mətbəx tam bir klassik mətbəx olmur. Əlavə olaraq dolab üçün istifadə olunan aksesuarlarda düzgün seçim edilməlidir.


Klassik mətbəxdə aydınlatma sistemləri
Mətbəxinizi aydınlatmaq üçün dəbdəbəli çılçıraqlardan istifadə edə bilərsiniz. Bu seçim mətbəxinizin dizaynını tamamlayacaq. Mətbəxinizi led işıqlarla da işıqlandıra bilərsiniz. Led işıqlar həm dizayn həm də işıqlandırma baxımından effektiv olacaqdır.

Mətbəxə əlavə olaraq süni və ya təbii çiçəklər qoymaq olar.
Bu üsullarla siz klassik mətbəxlərin zirvəsi olan İtalyan mətbəxini öz mətbəxinizdə yaşadacaqsınız.
Etiketlər: klassik, Klassik, istifadə, mətbəx, təbii, olaraq, mətbəxlərdə, dolab, mebel, baxımından, üzərində, mətbəxdə, geniş, seçim, bilərsiniz, mətbəxlər, yemək, ağacdan, rəngi, tamamlayacaq
BİZİ İZLƏYİN