• Kiçik mətbəxi necə zövqlü dizayn etmək olar?

Reseptin məlumatları Baxış sayı: 106

Tarix : 23.04.2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası




Kiçik bir evdə yaşayırsınızsa böyük ehtimal kiçik mətbəxiniz vardır. Əgər mətbəxinizi düzgün şəkildə dizayn etməsəniz təbii ki, bu vəziyyət sizə problem yaradacaq. Kiçik mətbəxdə yaxşı dizayn ortaya çıxarmaq çətin prosesdir, amma imkansız deyil. Mətbəxinizi öz xarakteriniz əsasında dizayn etməklə siz ailənizə rahat bir mühit bəxş edə biləcəksiniz.

Kiçik mətbəxlərinizi daha geniş və zövqlü hala gətirmək üçün sizə 5 məsləhətimiz olacaq.

1. Açıq rənglərdən istifadə.

Siz açıq rənglərdən istifadə edərək mətbəxinizdə daha geniş və fərah görüntü yarada bilərsiniz. Açıq rənglər həm də insanlarda psixoloji rahatlıq yaradır

2. Əlavə yer qazan.
Dolabları divarın içinə yerləşdirmə sistemi ilə mətbəxdə işlərinizi görmək üçün əlavə yer qazanmış olacaqsınız.

3. Bar istifadəsi.
Mətbəxdə bardan istifadə sizə həm yemək yeyərkən həm də hazırlayarkən rahatlıq yaradacaq. Bu üsul həm də mətbəxdə əlavə masa qoyulmasının qarşısını alacaq.

4. U şəkilli mətbəx.
Kiçik mətbəxlər üçün U şəklində olan dəzgahlar da çox yaradıcı fikirdir. Bu tip mətbəx dizaynı həm mətbəxin 3 divarının da istifadəsini təmin edir, həm də mətbəx əşyalarını depolamaq üçün əlverişlidir. Bu tip mətbəxlər dağınıqlığın da qarşısını almaqda kömək edir.

5. Mətbəxinizi doğru işıqlandırma.
İşıqlandırma sisteminin düzgün istifadəsi ilə mətbəxinizdə işıqlı, aydın bir mühit yarada bilərsiniz. Burada led işıqlandırmadan da istifadə edə bilərsiniz ki, bu həm iş görülməsində sizə kömək olacaq,həm də zövqlü dizaynınızın bir parçası olacaq.

Etiketlər: Kiçik, istifadə, mətbəxdə, dizayn, olacaq, mətbəx, bilərsiniz, mətbəxinizdə, qarşısını, yarada, Mətbəxinizi, mətbəxlər, rənglərdən, mühit, zövqlü, yaradacaq, düzgün, istifadəsi, geniş, kömək
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN