• Mətbəxdə boş sahə açmaq

Reseptin məlumatları Baxış sayı: 6 877

Tarix : 14-07-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Mətbəxlər bəzən - tez-tez istifadə etdiyiniz əşyalar yerinə- nadir hallarda istifadə etdiyiniz lazımsız əşyalarla dolub daşa bilər.

Şkafların arxasında artıq duran, xidmət etməyə utandığınız köhnəlmiş kasa və boşqablar, mətbəxinizdə haqq etdiyiniz yeni qabyuyan maşını kimi, daha vacib əşyalara yer ayırmağınız çətin hala gətirirlər.

Artıq belə olmaq məcburiyyətində deyil! Mətbəxdə sahə açmaq və özünüzə vaxt yaratmaq üçün bu sadə bələdçini təqib edin.

Hazırlıq mərhələsi

Bütün təmizlik məhsullarınızı toplayın; Möhkəm zibil torbaları və bir vedrə dolusu qaynar sabunlu su. Mətbəx şkafındakı hər şeyi otağın və ya başqa bir otağın ortasındakı masanın üzərinə çıxarın. Beləliklə mətbəxinizdə yeni bir təmiz səhifə açacaqsınız.

Qutulara qaldırın

Axşam yeməkləri üçün gizlətdiyiniz böyük xidmət nimçələrinizmi? Meyvə sıxanmı? Bunlar yalnız mətbəxinizi darlaşdıracaq və yer tutacaqdır. Bu əşyaların təmiz və quru qalması üçün qapaqlı plastik qutulara qoyaraq başqa yerə qaldıra bilərsiz.

Rasional olun

20 servis boşqabına və 50 dənə servisi pozulmuş stəkana doğrudan da ehtiyacınız varmı? Əmin deyilsinizsə, bir sınaq çeşidlənməsi edin. Artıqlıq kimi görünən şeyləri bükün və mətbəxdən uzaqlaşdırın. Hər hansı birini geri alma ehtiyacı duymasanız yəqin ki, ən yaxşısı bu çoxluqlardan xilas olmaqdır.

Atın

Bir ildən çox istifadə etmədiyiniz hər hansı bir soba qabı; Sapı oynayan qazanlar və ya yapışmaz səthini itirmiş qızartma tavaları ilə birlikdə gedə bilər. Deşilmiş qurulama dəsmalları də atıla və ya təmizlik bezi olaraq istifadə edilə bilər.

Və nəzarət edin

Konserv qidalar və paketlərdəki istifadə tarixlərinə baxın. Bir ildən çox müddətdir dayanan, yarısı istifadə edilmiş pomidor tomatı üçün ən yaxşı yer zibil qutusudur. Hər şeyi təmizləyin və yeyəcəkləri mümkün qədər etiketlənmiş plastik saxlama qutularına qoyun, beləliklə, onları bir şkafdan asanlıqla çıxara və sahib olduğunuz yeyəcəkləri görə bilərsiz. Bu, növbəti alışverişinizdə bir kənara çəkilərək arxaya çəkilmələrini və yaddan çıxarılmalarının qarşısını alır, saxlama qabları xüsusilə də üst-üstə yığılanda mükəmməl mətbəx sahəsi qənaəti edirlər.

Bir addım geriyə atın

Artıq şkaflar və piştaxtalar boş, indi neyin hara qoyulacağına yaxşıca baxın. Cərəyan mənbəyi yerlərini və mətbəxi necə istifadə etdiyinizi və ən çox hansı sahələrdə olduğunuzu düşünün. Kubok və fincanları, çay poşetlərinizi, şəkər və kofe bankasını; Su qızdırıcısının yaxınlığına qoymaq seçim edə bilərsiniz. Mümkünsə, çörək qızartma maşınını, doğrama taxtasına da yaxın şəkildə çörək zənbilinin yanına qoya bilərsiz. Ən çətin əhatə şkaflarda isə ən az istifadə etdiyiniz əşyalar olmalıdır. Şkafları hədsiz doldurmayın, ancaq lazımsız yerə boş sahə yaradaraq hər yerə kiçik şeylər də qoymayın. Şkafları boş buraxsanız, yeni qabyuyan maşınınızı almaq üçün mətbəxinizi necə uyğun hala gətirdiyinizi görəcəksiniz. Əgər mətbəxinizdə standart bir qabyuyan maşını almağa yetəcək qədər sahəniz yoxsa sadəcə 450 mm - standart şkaf ölçüsündə olan dəzgah altı bir qabyuyan maşını satın ala bilərsiniz.

Belə! Artıq yalnız ehtiyacınız olan şeylərin olduğu təmiz və nizamlı bir mətbəxiniz var!
Etiketlər: istifadə, qabyuyan, etdiyiniz, Artıq, maşını, bilər, təmiz, bilərsiz, hansı, mətbəxinizdə, qədər, təmizlik, saxlama, Şkafları, ehtiyacınız, ildən, yeyəcəkləri, çətin, başqa, qızartma
BİZİ İZLƏYİN