• Müasir mətbəx dizaynı necə olmalıdır?

Reseptin məlumatları Baxış sayı: 3 577

Tarix : 14-06-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Müasir mətbəx indiki dövrümüzdə artıq xanımların yemək bişirdiyi yer anlayışından çıxıb. Müasir mətbəx artıq heç bir şəkildə yemək bişirmə yeri deyil. Müasir dövrümüzdə mətbəxlər evin ən böyük hissəsinə sahib olan əraziyə çevrilib. Keçən əsrdə mətbəxə evin çox kiçik bir yeri ayrılardı. Hətta çox vaxt mətbəx otağı üçün ayrı otaq ayırmaz, balkonda kiçik mətbəx tərtib edərdilər. Lakin indi mətbəxə baxış tamamilə fərqlidir.

Bəs müasir mətbəx necədir?
Müasir mətbəxdə ərazi olaraq mətbəx evin ən böyük otağı olur. Hətta qonaq otağı balacalaşır, onun yerini mətbəx alır. Son dövrlərdə insanların evdə ailəsi ilə toplaşdığı yer mətbəxdir. Çünki, hər kəs işdən və ya dərsdən sonra evə yorğun gəlir, dincəlmək və yemək yeməyilməsi üçün unikal yer kimi mətbəxi görür. Ailə mətbəxdə cəmləşir. Bu bütün dünyanın həyat tərzidir.

Müasir mətbəx otaqları yalnız mətbəx dolablarından ibarət olmamalıdır. Mətbəxdə yumşaq mebel, TV stend və rahatlığınızı təmin edəcək başqa əşyalar da yer almalıdır.

Müasir mətbəxlər artıq göstərişdən uzaq, tam rahatlığı təmin etmək məqsədilə və ehtiyaclar əsasında dizayn edilir.

Mətbəx xanımların cəmləşdiyi yer deyil, mətbəx ailənin cəmləşdiyi yerdir. Mətbəx mənzilin ürəyidir.
Etiketlər: mətbəx, Müasir, otağı, artıq, yemək, bütün, olaraq, mətbəxə, kiçik, mətbəxlər, Hətta, təmin, böyük, deyil, mətbəxdə, xanımların, dövrümüzdə, Mətbəx, cəmləşdiyi, almalıdır
BİZİ İZLƏYİN