• Mətbəxdə yemək stolu ölçüləri

Reseptin məlumatları Baxış sayı: 5 147

Tarix : 10-06-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Mətbəxə yemək masası almazdan öncə düzgün ölçüləri bilməyiniz vacibdir. Çünki, alacağınız stol mətbəxinizin ölçülərinə uyğun gəlməyə bilər.

Mətbəxə yemək masası almadan öncə neçə nəfərlik bir masaya ehtiyacınız olduğunu müəyyən edin. Çünki masaların ölçüləri saya görə dəyişir.

Yemək stolunda 1 nəfər üçün ortalama ölçü 63 sm-dir. Lakin rahat yemək yeyə bilmək üçün ən ideal ölçü 73 sm müəyyənləşmişdir. Stuldan arxada 55-65 sm arası boşluq buraxmağınız məsləhətdir. Əgər otaq genişdirsə bu məsafəni daha da artırmaq sizin xeyrinizə olacaq. Boşluğun kiçik olmağı gediş gəliş zamanı problem yarada bilər.

Yemək stolunun hündürlüyü.
Yemək masasının hündürlüyü üçün isə 76 sm uyğundur. Yemək masasının hündürlüyü iş masasından daha alçaq olmalıdır. Yemək masasının hüdürlüyünün 76 sm-dən çox olmağı yemək yeyərkən və stoldan nəsə götürərkən sizə çətinlik yaradacaq.

Çox sadə bir düsturla hər bir insanın boyuna uyğun yemək masasının hündürlüyünü hesablayaq.

Masa yüksəkliyi = insan boyu * 75/165

Yemək stulunun hündürlüyü.
İdela stul hündürlüyü 42 olaraq müəyyənləşmişdir. Lakin bu hündürlük hər kəsə uyğun olmaya bilər.

Uzun boylu insanlar üçün: 45 sm.

Orta boylu insanlar (165 sm) üçün: 42-43 sm.

Balaca boylu insanlar üçün: 40 sm

Hər bir insanın boyuna uyğun stul hündürlüyünü sadə düsturla hesablasaq,

Stul yüksəkliyi = (insan boyu * 75/165) – 45

Ailə üzvlərinin hər birinə uyğun ölçünü müəyyən etmək üçün, hər kəsin boyunun ortalamasını düsturla hesablamaq lazımdır.

Kvadrat yemək masası ölçüləri.
Kvadrat yemək stolları çox vaxt 4 nəfərlik ailələr üçün nəzərdə tutulur. Geniş ailələrdə isə kvadrat masalar məsləhət görülmür.

4 nəfərlik kvadrat yemək masasının ölçüləri 91 və ya 112 sm

Düzbucaqlı formalı yemək masası ölçüləri.
Kiçik mətbəxlərdə:

6 nəfərlik yemək stolu üçün stolun eni 102 sm, uzunluğu isə 198 sm olmalıdır.

Böyük mətbəxlərdə:
6 nəfərlik ideal bir yemək stolu üçün isə en 137 sm, uzunluq isə 244 sm olaraq müəyyənləşmişdir.

Dairəvi yemək stolu ölçüsü.
4 nəfərlik dairəvi yemək masasının diametri 91-127 sm arası.

6 nəfərlik dairəvi yemək masasının diametri 117-168 sm arası.

8 nəfərlik dairəvi yemək masasının diametri 168-183 sm arası.

8 nəfərdən çox olduqda isə mətbəx üçün dairəvi stol məsləhət görülmür.

Oval formalı yemək stolları.
Kiçik mətbəxlərdə:

6 nəfərlik masanın diametr ölçüləri 91 x 152 sm.

8 nəfərlik masanın diametr ölçüləri 91 x 182 olaraq müəyyənləşir.

Böyük mətbəxlərdə:
6 nəfərlik masanın diametr ölçüləri 107 x 183 sm.

8 nəfərlik masanın diametr ölçüləri 112 x 213 sm olaraq müəyyənləşir.
Etiketlər: yemək, nəfərlik, ölçüləri, masasının, Yemək, hündürlüyü, uyğun, dairəvi, masası, diametr, masanın, olaraq, stolu, arası, mətbəxlərdə, boylu, bilər, müəyyənləşmişdir, insanlar, diametri
BİZİ İZLƏYİN