• Mətbəx şkafları üçün ən uyğun rənglər

Reseptin məlumatları Baxış sayı: 25 504

Tarix : 6-06-2014, 11:53

Bölmə : Mətbəx dekorasiyası


Mətbəxinizə yenilik lazımdır? Sizin üçün ən uyğun rəngləri seçərək, mətbəxinizi başdan yarada bilərsiniz.
Şkaflar, mətbəxinizin mərkəz nöqtəsidir. Bu səbəblə də onların funksional olduqları qədər qəşəng də olmaları lazımdır. İstər yeni, istər yenilənmiş köhnə şkaflar olsun, mətbəxinizə uyğun rənglərdə şkafları seçmək vacibdir. Sizə mətbəxinizi daha isti hala gətirəcək, klassikləşmiş mətbəx şkafı rəngləri təqdim edirik:

Mətbəx şkafları üçün ən uyğun rənglər

Antik ağ
Antik ağ, əsla dəbdən düşməyən bir klassik rəngdir və sadə ya da ənənəvi tənzimləmələrlə son dərəcə yaxşı uyğunlaşma təmin edər. Eyni zamanda bütün taxta tonlarıyla da gedə bilən bir rəngdir. Şkaflarınızı antik ağ rəngdə seçsəniz, adaçayı, köhnəldilmiş mavi, uçuq sarı və kömür qurusu rəngləriylə birlikdə də rahatca istifadə edə bilərsiniz. Antik ağ şkafları, kömür qurusu ya da uçuq adaçayı rəngli bir orta masa ilə kombin rtməyi təcrübən edin.

Mətbəx şkafları üçün ən uyğun rənglər

Köhnəldilmiş mavi
Köhnəldilmiş mavi rəngdəki mətbəx şkafları, hər mətbəxi isti bir görünüşə bürüyə bilər. Bu rəngi istər daha açıq, istər daha tünd tonlar olaraq mətbəxinizdə istifadə edə bilərsiniz. Köhnəldilmiş mavi şkaflar, bal rəngi şam taxta-şalbanı aksentlər, ağ, krem rəngi və uçuq sarı ilə son dərəcə uyğun olarlar. İşin ən yaxşı yanı da köhnə şkaflarınıza bu rəng ilə asanca yeni görünüşü verə biləcək olmanızdır.

Mətbəx şkafları üçün ən uyğun rənglər

Canlı qırmızı
Kim demişdir ki mətbəx şkafları sadə olmalıdır? Canlı qırmızı, mətbəxinizə isti bir hava qatacağı kimi mətbəxinizin təəccüblü olmasını da təmin edəcək. Yaxşı bir işıqlandırma və açıq rəngli palıd ya da mərmər, bu rəng ilə son dərəcə gözəl dayanacaq. Qırmızı şkaflar, qara mebellərlə və ağ aksent parçalarıyla da son dərəcə uyğun olarlar.

Mətbəx şkafları üçün ən uyğun rənglər

Uçuq sarı
Uçuq sarı mətbəx şkafları, mətbəxinizə son dərəcə nəzakətli və təzə bir hava qatar. Belə ki mətbəxə girən bir daha çıxmaq istəməyəcək. Bu ürəyi istilədən rəng, bir çox taxta tonu ilə digər antik ya da köhnəldilmiş rənglərlə (yaşıl, mavi və yumşaq qara) son dərəcə yaxşı uyğunlaşma təmin edər. Uçuq sarı şkaflar, hər vaxt tərz və gözəl görünərlər və əsla modaları keçməzlər.
Etiketlər: düşməyə, dərəcə, şkafları, uyğun, şkaflar, mətbəx, yaxşı, taxta, bilərsiniz, Köhnəldilmiş, mətbəxinizə, istər, rəngi, Antik, təmin, rəngdir, uyğunlaşma, kömür, Canlı, qırmızı, gözəl
BİZİ İZLƏYİN