• Mətbəxinizi belə dekor edin: YENİ TREND

Reseptin məlumatları Baxış sayı: 5 060

Tarix : 30-06-2017, 22:00

Bölmə : Mətbəx dekorasiyası


Evimizin dekorativ baxımdan rahat və qəşəng yeri şübhəsiz ki, mətbəx olmalıdır. Xüsusilə yemək bişirilən, ailə üzvlərinin bir süfrə arxasında əyləşdiyi guşə məhz mətbəxdir. Bu baxımdan mətbəxlərin dizayn və dekorasiyalarında hər gün yeni inkişaf və irəliləyişlər olur.

Ağı boz əvəz edir
Ağ mətbəx dəbi heç bir zaman keçmir, lakin xüsusilə 2016-cı ildə boz mətbəx dekorasiyası önə çıxıb. Boz mətbəx şkafları estetik baxımdan bənzərsiz bir görünüş yaradır. Əgər mətbəxə çox pul xərcləmədən son trend uyğunlaşmasını təmin etmək istəyirsinizsə, mətbəx şkaflarınızı boz rənglə əvəz etmək ən asan yoldur.

“Country” tərz
Mütəxəssislərin fikrinə görə, önümüzdəki illərdə sənaye mətbəx dizaynları önə çıxacaq. “Country” tərz deyilən bu dekorasiya həm səmimi, həm gözəl, həm də funksional xüsusiyyətlərə malikdir.

“Vintage” üslubu
Göründüyü kimi, artıq isti və ənənəvi mətbəx dekorasiyaları dəbə hakimlik edir. Bu üsluba uyğun gələn, həm modada, həm də dekorasiyada son illər tez-tez qarşımıza çıxan, stil və görünüşü ilə göz oxşayan digər bir tərz isə “Vintage” üslubudur. Əgər evinizdə yeni mətbəx yaratmaq istəyirsinizsə, “Vintage” kimi nostalji və rahat modelləri seçin.

Rəngli soyuducu modelləri
Nostalji dizaynlar arasında isti və canlandırıcı təsirləriylə göz oxşayan rəngli soyuducu dizaynları da son dövrdə ən çox önə çıxan mətbəx dizayn ünsürlərindən biridir. Ağ əşyalar rənglənir və qeyri-adi dekorasiya yaranır.

“Ankastre” mətbəx
Ankastre mətbəx ötən illərin ən çox yayılan dizayn modellərindən biridir. Bununla yanaşı, mətbəx dekorasiyalarındakı hakimiyyətini uzun illər davam etdirəcəyi görünür. Mətbəxin bütünlüklə və gözəl görünməsində böyük bir təsiri olan “Ankastre” mətbəx modelləri bənzərsiz bir ahəng meydana gətirir.

Çox funksiyalı geniş mətbəx
Əvvəllər geniş kvadrat metrə sahib olan böyük mətbəxlərdə boş sahədə böyük yemək masaları qoyulurdu. Amma son illər mətbəx adaları müasir mətbəx dizaynlarında baş rol oynayır. Bu ilsə mətbəx adaları daha da genişlənir.

Taxta döşəmə
Mətbəxlərdə görməyə çox da vərdiş etmədiyimiz yeni trendlərdən biri də taxta döşəmədir. Nəmə qarşı dayanıqlı olan taxta parketlər hər keçən gün daha çox yayılır və dekorasiyalar arasında özünə möhkəm yer tutur.

Cüt rəngli mətbəx kabinetlər
İllər əvvəl gördüyümüz cüt rəngli mətbəx şkafları bu il daha da önə çıxır. Xüsusilə dar mətbəxlərdə üst şkafların açıq rəngli, alt şkafların isə tünd tonlarda seçilməsi mətbəx sahəsinə estetik baxımdan da müasir rəng qatır.

Şkaf yerinə açıq rəflər
Yaxın keçmişə qədər mətbəxlərdə bağlı şkaflar dəb idi. Bu tərz mətbəx əlbəttə qüsursuz nizam yaradır. Ancaq son mətbəx trendlərinin ən diqqətçəkən dizaynlarından biri də açıq rəflərdir. Üst mətbəx şkafları yerinə açıq rəflərdən istifadə etsəniz, şkaflarda saxladığımız mətbəx əşyaları da dekorasiya vasitələri kimi görünəcək.
Etiketlər: mətbəx mebelləri, mətbəx mebeli, mətbəx mebelləri və qiymətləri, mətbəx dizaynı, mətbəxt mebelləri, mətbəx stol stulları, mətbəx aksesuarları, mətbəx azərbaycan, mətbəx dizaynları, mətbəx divanları, mətbəx divar kağızları, mətbəx künc divanları
BİZİ İZLƏYİN