• Mətbəx üçün pərdə seçimi

Reseptin məlumatları Baxış sayı: 8 185

Tarix : 14-06-2017, 22:00

Bölmə : Mətbəx dekorasiyası


Mətbəx pərdəsi, mətbəx dizaynında olduqca əhəmiyyətli bir yerə sahib olduğundan seçim edərkən diqqətli olmaq lazımdır. Mətbəx pərdəsi seçərkən mətbəxiniz üçün doğru modellərə üstünlük verərək mətbəxinizi daha böyük və işıqlı göstərə bilərsiniz. Standart karnizlərə taxılan klassik üslublu pərdələrin əvəzinə artıq daha bəzəkli, daha praktik və müxtəlif tərzdə pərdələrdən istifadə olunur. Mətbəxinizin ölçüsünə, dekorasiya və zövqünüzə uyğun olan pərdə növlərindən birini seçərək mətbəxinizdə fərqlilik yaradın!

Mətbəx pərdəsinin seçimi zamanı köməyinizə gələcək bir neçə fikir:

1. Pərdə seçilən zaman həm tərzinə, həm də rənginə diqqət etmək lazımdır. Mətbəx mebelinizə uyğun rənglər seçmək olduqca əhəmiyyətlidir.

2. Açıq rəngli pərdələr gün işığıı daha yaxşı əks etdirdiyi üçün bu seçimi mətbəxiniz daha işıqlı olmasını təmin edəcəkdir. Xüsusilə kiçik mətbəxlərdə mətbəxi daha geniş göstərməsi səbəbilə açıq rəng pərdə istifadə edilməsi idealdır. Mətbəxdə təbii işığa çox ehtiyac olduğundan seçiləcək pərdənin mətbəxi qaranlıq göstərməməsinə diqqət edilməlidir.

3. Mətbəxiniz üçün seçəcəyiniz pərdənin rütubətə, istiliyə dözümlü bir parçadan olması vacibdir.

4. Mətbəx pəncərələrinin daha kiçik olduğunu nəzərə alaraq qısa pərdələr daha əlverişli hesab olunur.

5. Əlbəttə ki, görünüş vacib bir detaldır, lakin pərdənin asanlıqla təmizlənən parçadan olmasına diqqət etməkdə fayda var.

6. Mətbəxiniz ümumi dekorasiyasına uyğun çiçəkli, naxışlı pərdələr mətbəxinizdə canlılıq yaradar.

7. Damalı parçadan düzəldilmiş pərdələr “Vintage” mətbəxlərin əvəzolunmazıdır. Mətbəxinizə uyğun rəngdə seçəcəyiniz damalı parçadan düzəldilmiş pərdələr mətbəxinizə səmimi bir görünüş verər.

8. Zebra üslublu pərdələrin istifadəsi klassik tərzdə pərdələrə nisbətən mətbəxinizi daha parlaq edər.

9. Saçaqlı pərdələr həm böyük, həm də kiçik pəncərələr üçün idealdır. Mətbəxinizdə həmişə açıb bağlamaq məcburiyyətində olmadığınız pəncərələr varsa saçaqlı pərdələr mətbəxiniz üçün uyğun bir variant ola bilər.

10. Jalüz pərdələr də mətbəx pərdəniz üçün seçimlərdən biridir. Asanlıqla açılıb bağlanan jalüz pərdələrinin digər pərdələr kimi hər rəngini tapmaq mümkündür. Bir çox rəngi və növü olan jalüzlər xıyalınızdakı pərdə ola bilər. Jalüz həm yuma həm də istifadə baxımından doğru bir seçimdir.
Etiketlər: mətbəx mebelləri, mətbəx mebeli, mətbəx mebelləri və qiymətləri, mətbəx dizaynı, mətbəxt mebelləri, mətbəx stol stulları, mətbəx aksesuarları, mətbəx azərbaycan, mətbəx dizaynları, mətbəx divanları, mətbəx divar kağızları, mətbəx künc divanları
BİZİ İZLƏYİN