• Müasir tələblərə cavab verən mətbəx necə olmalıdır?

Reseptin məlumatları Baxış sayı: 5 941

Tarix : 4-06-2017, 22:00

Bölmə : Mətbəx dekorasiyası


Müasir tələblərə cavab verən mətbəx necə olmalıdır?
Parlaqlıq, incəlik və səliqə bir mətbəxin ən vacib elementləridir. Müasir tərz dekorasiyası sizi aksesuar xərcindən xilas edə bilər. Burada qeyd etdiyimiz fikirlərdən bəzilərini diqqətə alaraq özünüzün zövqünüzə uyğun, həm də modern bir mətbəx yarada bilərsiniz.

Məlum olduğu kimi qadınlar mətbəx dizaynına çox düşkündür. Əgər mətbəxinizin daha cəlbedici görünməsi və baxanları valeh etməsini istəyirsinizsə buradakı rəngli formalardan birini seçə bilərsiniz. Ağ-qara damalı dekorasiyalı mətbəxdə müxtəlif açıq rəngli aksesuarlardan istifadə edə bilərsiniz. Mətbəxinizə müxtəlif dizaynlı stol və stullar da yerləşdirməklə müasir dəbə ayaq uyduran bir forma yarada bilərsiniz.

Daha sadə görünüşü sevirsinizsə daha açəq rənglərdən istifadə edərək günün dəbindən bir az uzaq durmağa çalışın. Mətbəx şkafını daha az bəzəkli, əksinə daha parlaq, acıq rəngli seçin. Bununla da öz dəbinizi yaratmış olarsınız.

Müasir dəbli mətbəx şkafları
Bəs sizcə necə forma seçmək lazımdır ki, bu standarta cavab versin? Sadə və tək rəng olan şkaflar bunun ən bariz nümunələridir. Amma sadəcə görünüşə aldanmayın, keyfiyyət daha vacibdir. Ən çox çəkməcələri olan formalara üstünlük verin.

Son illərdə rəngli seçimlərə də üstünlük çox verilir. Daha qeyri -adi olmasını istəyirsinizsə qırmızı, narıncı, mavi, yaşıl kimi rənglər seçin. Amma aksesuar dekorasiyasında açıq rənglərə üstünlük verin.

Parlaq rəngləri sevən amma rəngə gəldikdə isə qərar verə bilməyənlərə məsləhətimiz budur ki, ağ rəng onlara daha uyğundur. Bu rəng daha təmiz, səliqəli və gigiyenik görünür. Tünd rəngli mətbəx xalçası ilə bu sadəliyə biraz rəng qata bilərsiniz.

Müasir dəbli taxta mətbəx şkaflarından da istifadə olunur. Əsas vacib cəhət onun daha göz oxşayıcı seçilməsidir.

Müasir mətbəx əşyaları
Əslində divar saatı da daxil olmaqla bütün əşyalar bəzəksiz və parlaq formalar seçilməlidir. Belə olduqda onlar nə qədər zaman keçməsindən asılı olmayaraq təzə kimi görünür.
Etiketlər: mətbəx mebelləri, mətbəx mebeli, mətbəx mebelləri və qiymətləri, mətbəx dizaynı, mətbəxt mebelləri, mətbəx stol stulları, mətbəx aksesuarları, mətbəx azərbaycan, mətbəx dizaynları, mətbəx divanları, mətbəx divar kağızları, mətbəx künc divanları
BİZİ İZLƏYİN