• Mətbəxin 5 dizayn trendləri

Reseptin məlumatları Baxış sayı: 3 294

Tarix : 21-06-2017, 22:00

Bölmə : Mətbəx dekorasiyası


Bəzilərimiz qarderobunu yeniləyərək və ya saç düzümlərini dəyişərək kifayətlənir, bəzilərimiz isə hətta evini təmir etmək qərarına gəlir! Biz xüsusi olaraq cəsarətli izləyicilərimiz üçün mətbəx interyeri hazırladıq.

Burada siz, fərqli və asand həll olunacaq ideyalarla mənzilinizi sizi sevindirəcək hala gətirə bilərsiniz.

Eko-stil
Bütün təbii material sevənlərə xoş xəbər: eko-stil yenidən dəbdədir. Təbii fakturalar və aydın rənglər yeni il üçün səciyyəvidir. Hələ ki, payız meşəsində gəzə və təbiətin rənglərindən zövq ala bilərsiniz.

Orijinal yazılar
Bu il dəblə ayaqlaşmaq istəyirsinizsə ilk olaraq mətbəxdən başlamalısınız. İndi mətbəxdəki şəkillərin və ya güllü divar kağızlarının yerinə ev sahiblərini motivasiya edəcək sözlərlə bəzəyə bilərsiniz. Belə sözləri özünüz hazırlaya və ya hazır satılan kağızdan hərflər, həmçinin penoplast alaraq düzəldə bilərsiniz. Bu daha zövqlü görünür.

Ağ rəng
Ağ rəng - bütün rənglərin əsasını təşkil edir və hər rənglə uyğunlaşır, eko - stilin əsasını təşkil edir. Əgər ağ rəngin mətbəx interyerinizdə əsas rəng olmasını istəyirsinizsə 60 % bu rəngdən seçməlisiniz.

Açıq rəflər
Axır vaxtlar açıq rəflərin mətbəx dizaynında üstünlük təşkil etdiyini yəqin ki, fikir vermisiniz. Siz açıq rəflərdə rahatlıqla fincan dəstinizi, ədviyyatlar və ya yarma ilə doldurulmuş bankalarınızı və s. yerləşdirə bilərsiniz. Bele bir qərar mətbəx interyerinizin əsas detalı ola bilər.

Sadəcə rəflərdə deyil həmçinin mətbəxinizin bir hissəsini müxtəlif bitkilərlə doldurulmuş bankalarla da bəzəyə bilərsiniz.

Minimalizm
İnteryerin ən yayılmış stili minimalizmdır. Bu yalnız cəsur, müasir, böyük şəhərin ritmində yaşayan insanların seçimidir. Minimalizmin dərəcəsini özünüz təyin edə bilərsiniz. Əsas odur ki, sizi rahat edəcək əşyalarınızdan - mətbəx sobasından imtina etməyin.

Sonda sadəcə bir məsləhət əlavə edə bilərik: çətin olan problemlərin asand yolunu tapın və heç vaxt sınamaqdan qorxmayın!
Etiketlər: mətbəx mebelləri, mətbəx mebeli, mətbəx mebelləri və qiymətləri, mətbəx dizaynı, mətbəxt mebelləri, mətbəx stol stulları, mətbəx aksesuarları, mətbəx azərbaycan, mətbəx dizaynları, mətbəx divanları, mətbəx divar kağızları, mətbəx künc divanları
BİZİ İZLƏYİN