• Bağ süfrə dekoru üçün ideyalar

Reseptin məlumatları Baxış sayı: 4 494

Tarix : 24-06-2017, 22:00

Bölmə : Mətbəx dekorasiyası


Yay ... isti yay. Bürkülü şəhəri tərk edib, açıq havaya, bağa, kəndə, təbitətə üz tuturuq. Yay olmasına baxmayaraq, arada bayramlar və ad günləri də olur. İsti yay axşamlarında, açıq havada, bağda gözəl ad günü süfrəsi ətrafında ailəliklə yığışmaqdan gözəl nə ola bilər. Biz sizə məzh bağda süfrənin bəzənməsi barədə məsləhətlər verəcəyik.

Bağ süfrə dekoru üçün ideyalar


Təbii ki, bağda bahalı, qəşəng qab-qacaq, servizlər, dekor vasitələri olmur. Bəs onda nə etməli? Çıxış yolu: elə bağdaca əl altında olan vasitələrdən gözəl süfrə açmaqdır.

Salfetlər:

Bağ süfrə dekoru üçün ideyalar


Açıq havada bir az meh olan kimi masadakı salfetlər uça bilər. İlk onu bildirək ki, bağ süfrəsində salfetlər incə, bahalı, xüsusi bükülmüş olmaya da bilər. Sadə, pambıq və ya kətan salfeti dorkünc büküb boşqabın üzərinə qoyur, külək aparmaması üçünsə üzərinə hər hansl meyvə və tərəvəzi qoya bilərik. Məsələn: qırmızı turp, armud və ya alma. Onları kəndir iplə bağlamaq da olar.
O ki qaldı süfrəyə... Hazırda taxta masa üzərində parça süfrə olmadan da yemək yemək dəbdədir. Çox maraqlı, gözəl görünür.

Qablar:

Bağ süfrə dekoru üçün ideyalar


Əgər bağda servizdən tək tək qalan ayrı ayrı rəngdə, dizaynda, ölçüdə qablar yığılırsa, süfrəyə onları ürəklə düzə bilərsiz. Bağ süfrəsində rəngarənglik, xaotiklik qəbul olunur. Bu üsluba “Alisa möcüzələr diyarında” adı verə bilərsiz. Ağ boşqab üzərində göy kiçik salat qabı. Hətta çəngəl bıçağı da simmetrik qaydada düzməyə ehtiyac yoxdur. Zövqlü dağınıqlıq və sərbəstlik – fantaziyanızı işə salın. Əgər boş hədiyyə qutusu, şirniyyat qutusu varsa, onlara meyvə, peçenye, konfet qoya bilərsiz. Vacib deyil ki, meyvə qabı olsun.

Dekor, bəzək:

Bağ süfrə dekoru üçün ideyalar


Təkrarsız ab hava üçün güllər, yaşıllıq, otlar kifayət edir. Bunun üçün şəhərə, gül dükanlarına qaçmağa ehtiyac yoxdur. Elə bağda, çöldə, ətrafınızda bitmiş istənilən yabanı bitki və çiçəklər kifayətdir. Onları süfrəyə qoymaq üçün büllur vaza da lazım deyil. Adi şüşə bankalar, butulkalar, dəmir bankalar, qəhvə bişirən qablar da güldana çevrilə bilər. Əmin olun ki, belə buketlər mağazadakı floristin düzəltdiyi dekordan heç də geri qalmayacaq.

Bağ süfrə dekoru üçün ideyalar


Bağda mütləq banka çox olur. Onlardan ağaclardan asmaq üçün şamdanlar düzəldə bilərsiz. Bankanın dibinə paxla, lobyalar, idi duz, qoz, fındıq töküb, üstündən kiçik yumru şamı qoya bilərsiz. Bankanın ağzını isə kəndirlə sarıyıb, ilgək düzəldin və ağac budaqlarından, masa üzərindən asın. Narahat olmayın, heç bir külək şamı söndürməyəcək.

Bağ süfrə dekoru üçün ideyalar


Belə bir adi, maraqlı məsləhətlər sizin bağ süfrənizə nağıl kimi görünüş verəcək. Qonaqlar isə uzun müddət bu süfrədən danışacaq.
Etiketlər: mətbəx mebelləri, mətbəx mebeli, mətbəx mebelləri və qiymətləri, mətbəx dizaynı, mətbəxt mebelləri, mətbəx stol stulları, mətbəx aksesuarları, mətbəx azərbaycan, mətbəx dizaynları, mətbəx divanları, mətbəx divar kağızları, mətbəx künc divanları
BİZİ İZLƏYİN