• Portağal dietası

Reseptin məlumatları Baxış sayı: 3 224

Tarix : 25-09-2018, 18:00

Bölmə : Pəhriz (diet)


Sitrus meyvələri faydalı elementlərlə zəngindir və böyük əksəriyyəti də yüksək kaloriliyə malikdirlər. 4 həftəlik müddətə hesablanmış portağal dietası 10-20 kq artıq çəki atmağa kömək edir. Dietanın məsləhətləri 4 həftəlik portağal pəhrizi çox ciddi rasiona malikdir – onu dəyişmək olmaz.

Gündəlik 2 litrə yaxın şirin olmayan maye (qəhvə, çay, su) qəbul etmək lazımdır. İstək olarsa gündə 200 ml-ə yaxın soda da içmək olar.
Yeməyin dadını yaxşılaşdırmaq üçün narın istiotdan, soğandan, qurudulmuş sarımsaqdan istifadə etmək məsləhət görülür.
Duz normasını məhdudlaşdırmaq lazımdır (yaxşı olardı ki, ondan ümumiyyətlə imtina edəsiniz).
Bədənin boş olmaması (çəkinin sürətlə azalması zamanı isə bu qaçılmazdır) həftədə 3 dəfə idmanla məşğul olmaq lazımdır (düzdür, həddən artıq canfəşanlıq da etmək olmaz).
Pəhriz rasionu

Əti qaynatmaq və ya qrildə qızartmaq lazımdır (qoyun əti istisna edilir).

1-ci həftə
• Səhər yeməkləri:
yumurta (2 əd.) və portağal (meyvənin yarısı)

Bazar ertəsi
• Nahar : meyvə (zənginləşənə qədər ancaq 1 növ)
• Şam yeməyi: ət

Çərşənbə axşamı
• Nahar: ət (üstünlük toyuğa verilir)
• Şam yeməyi: portağal, yumurta (2 əd.), tərəvəz, tost

Çərşənbə
• Nahar: pomidor, pendir, tost
• Şam yeməyi: qaynadılmış ət

Cümə axşamı
• Nahar: meyvə (doyana qədər, lakin 1 növdən)
• Şam yeməyi: ət, salat

Cümə
• Nahar: yumurta – 2 əd., balqabaq (qaynadılmış)
• Şam yeməyi: portağal, buxara verilmiş balıq, tərəvəzlər

Şənbə
• Nahar: meyvə (doayana qədər, lakin 1 növdən)
• Şam yeməyi: ət, tərəvəz

Bazar
• Nahar: tərəvəzlər, qaynadılmış toyuq, portağal
• Şam yeməyi: tərəvəzlər

2-ci həftə
• Səhər yeməkləri: portağal (meyvənin yarısın) və yumurta (2 əd.)

Bazar ertəsi
• Nahar: ət, tərəvəzlər
• Şam yeməyi: portağal, yumurta (2 əd.), tərəvəzlər

Çərşənbə axşamı
• Nahar: ət, tərəvəzlər
• Şam yeməyi: portağal, yumurta (2 əd.)

Çərşənbə
• Nahar: ət, xiyar
• Şam yeməyi: portağal, yumurta (2 əd.)

Çümə axşamı
• Nahar: ağ pendir, tərəvəzlər və yumurta (2 əd.)
• Şam yeməyi: yumurta (2 əd.)

Cümə
• Nahar: buxara verilmiş balıq
• Şam yeməyi: yumurta (2 əd.)

Şənbə
• Nahar: portağal, pomidor, ət
• Şam yeməyi: meyvələr (müxtəlif)

Bazar
• Nahar və şam yeməyi: portağal, qaynadılmış tərəvəzlər, toyuq, pomidor

3-cü həftə
• Bazar ertəsi: şirin növlər – manqo, üzüm, xurma, banan, əncir istisna olmaqla meyvələr

• Çərşənbə axşamı: istənilən nişastasız tərəvəzlər (kartof olmaz)

• Çənşənbə: meyvə və tərəvəzlər (əks göstəricilər eynidir)

• Çümə axşamı: qaynadılmış tərəvəzlər, kələm salatı, yarpaq salatı, qaynadılmış balıq

• Cümə: qaynadılmış tərəvəz, ət

• Şənbə və bazar: meyvələr (doyana qədər, lakin 1 növdən)

4-cü həftə
• Bazar ertəsi: pomidorlar (3 əd.), xiyarlar (4 əd.), toyuğun dörddə biri, yağsız, konservləşdirilmiş tunes (1 qab), portağal, tost

• Çərşənbə axşamı: xiyarlar (4 əd.), ət (200 qr.), pomidorlar (3 əd.), portağal, tost

• Çərşənbə: xiyar (2 əd.), kəsmik (1 xörək qaşığı), pomidorlar (2 əd.), portağal, tost, qaynadılmış tərəvəz

• Cümə axşamı: xiyar (1 əd.), toyuq (yarısın), pomidorlar (3 əd.), portağal, tost, istənilən meyvə (1 əd.)

• Cümə: pomidorlar (3 əd.), yumurta (2 əd.), portağal, tərəvəz salatı (1 pors)

• Şənbə: portağal, toyuq filesi (2 əd.), kəsmik (125 qr.), qatıq, tost, xiyar və pomidor (hərəsindən 2 əd.)

• Bazar: portağal, kəsmik – 1 çay qaşığı, qaynadılmış tərəvəz, xiyar və pomidorlar (hərəsindən 2 əd.), yağsız, konservləşdirilmiş tunes (1 qab), tost.

Rəylər
Rəylərə əasən 4 həftəlik portağal pəhrizi yaxşıca çəki atmağı təmin edir – bir qayda olaraq 10 kq-dan artıq çəki gedir.
Etiketlər: portağal, yeməyi, Nahar, yumurta, tərəvəzlər, qaynadılmış, axşamı, Bazar, Çərşənbə, pomidorlar, tərəvəz, xiyar, meyvə, qədər, ertəsi, lazımdır, pomidor, Şənbə, həftə, toyuq
BİZİ İZLƏYİN