• Culiya Robertsin kartof dietası

Reseptin məlumatları Baxış sayı: 3 186

Tarix : 17-08-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Culiya Roberts Hollivudun ən yüksək ödənişli aktrisalarından hesab edilir. Onun bədən quruluşu indi də qibtə doğurur (oktybar ayında Culiyanın 45 yaşı tamam olacaq). Təəcüblənməyinə dəyərmi ki, Culiya Robertsin kartof pəhrizi bu qədər maraq oyadır? Bu gün biz sizinlə həmin mürəkkəb olmayan metodika üzrə tövsiyyələrimizlə bölüşəcəyik.

Kartofun arıqlamaq üçün faydaları
Nə vaxtsa arıqlamaq mövzusu ilə maraqlanmış hər bir kəs bilir: kartofu pəhriz menyusuna daxil etmək məsləhət görülmür. Lakin bu məhsul adlı-sanlı dietoloqların təsvir etdikləri qədər də bədən görünüşü üçün təhlükəli deyil. Kartofdan az miqdarda istifadə etmək çəki yığmağa deyil, əksinə onu azaltmağa xidmət edir, mühüm olan rasionun energetik yükünü nəzarətdə saxlamaqdır. Maraqlıdır ki, kartof pəhrizi təkcə bədəb görünüşü üçün faydalı deyildir. “Niçastalı menyu” həm də MBT-na xeyirli təsir göstərir, üzün rəngini yaxşılaşdırır, orqanizmi şlaklardan təmizləyir, eləcə də təzyiqi normallaşdırmağa yardım edir. Bütün məsələ ondadır ki, kartofun tərkibində rezistentli nişasta (sellülozun xüsusi növü) vardır. O piy toxumasının təbii “düşmənidir” (xüsusilə də əgər kartofdan soyudulmuş halda istifadə edirsinizsə).

Dietanın müddəti və nəticəsi
Qidalanmanın kartof planı həftəyə 2-5 kq çəki atmağa imkan verir. Hərçənd pəhrizin müddəti başqa da ola bilər. Culiya ona həm 2, həm də 10 gün sərf edir (kartof aclıq hissini əla üstələyir) – hər şey nə qədər çəki atmaq lazım gəlməsindən asılıdır.

Culiya Robertsin kartof dietası
Pəhrizin iki variantı mövcuddur – onlar tərkiblərinə görə bir birinə çox yaxındırlar, lakin bəzi fərqlər hər halda mövcuddur. Siz, daha çox xoşunuza gələn variantı seçin.

1-ci variant
• Səhər yeməyi: kobud üyüdülmüş undan çörək dilimi, 1 xörək qaşığı kəsmik, eləcə də seçimdən asılı olaraq pomidor, təzə xiyar və ya turş-şirin meyvə
• İkinci səhər yeməyi: 150 qr. yağsız kəsmik və ya yaşıl tərəvəz salatı (daha güclü aclıq hissi zamanı qara çörəkdən tost əlavə etmək olar).
• Nahar: kartof, turşudulmuş kələm, noxud, yerkökü, çuğundur və soğandan viniqret
• Qəlyanaltı: turş-şirin meyvə və şirin və yağlı olmayan yoqurt porsu
• Şam yeməyi: bişirilmiş, 1 xörək qaşığı bitki yağı və ya sürtgəcdən keçirilmiş pendir səpələnmiş kartof, eləcə də istənilən göyərti və turş-şirin meyvə

2-ci variant
• Səhər yeməyi: çovdar çörəyindən nazik tost, yağsız kəsmik, sarımsaq və göyərtidən hazırlanmış pasta, eləcə də nişastasız tərəvəz porsu.
• Nahar: qaynadılmış kartof, pomidor, göyərti, çaxır sirkəsi və zeytun yağından hazırlanmış salat (əlavələri yağlı olmayan yoqurtla əvəzləmək olar, pomidordan isə istəyə uyğun istifadə etmək lazımdır – onu siyahıdan çıxarmaq da olar)
• Şam yeməyi: qabıqda bişirilmiş kartof (2-3 əd.), təzə xiyar, göyərti və bitki yağı salatı
• Qəyanaltılar (seçimə görə):
- meyvə salatı;
- yerkökü;
- sürtgəcdən keçirilmiş alma ilə yağsız yoqurt salatı;
- limon şirəsi və bitki yağının əlavə edilməsi ilə qırmızı turp və göyətili salat

Bütün pəhriz boyunca duz sərt nəzarət altında olmalıdır (ondan tam olaraq imtina etmk daha yaxşı olardı). Ancaq soyuq içməli su içmək lazımdır (günə iki litrə yaxın).

Mütəxəssislərin rəyi
Culiya Robertsin kartof pəhrizi – stabil olaraq çəki atmağa imkan verən doyumlu qidalanma planıdır. Piyin əriməsini stimullaşdırmağa fitnes məşqləri kömək edəcəkdir.
Etiketlər: kartof, yeməyi, Culiya, şirin, salatı, meyvə, eləcə, etmək, istifadə, Robertsin, pəhrizi, yağsız, olmayan, göyərti, bitki, qədər, olaraq, kəsmik, variantı, sürtgəcdən
BİZİ İZLƏYİN