• 3 günlük düyü dietası

Reseptin məlumatları Baxış sayı: 12 233

Tarix : 21-08-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Düyü həm qida, həm də müalicə məqsədləri üçün istifadə edilən dənlərdən biridir (düyü dənləri adsorbsiya xüsusiyyətlərinə malikdir). 3 gün tədbiq olunan ''düyü pəhrizi'' əla şəkildə orqanizmi təmizləyir və müəyyən çəki artıqlarını aradan qaldırmağa yardım edir.

Düyü dietasının faydası nədir?
3 günlük aşağı kalorili düyü pəhrizi bizim orqanizmimizə fayda gətirir, lakin yenə də onun müddətini artırmaq lazım deyil. Düyü dənləri bağırsağı bərkidir ki, bu da qəbz yaranmasına gətirib çıxara bilər.

Bəs düyünün faydası nədədir?
Düyüdə çətinliklə həzm edilən mürəkkəb karbohidratlar vardır, buna görə də bir neçə saatlıq enerji axınına dəstək olurlar (praktiki olaraq dərhal sərf edilən sadə karbohidratlardan fərqli olaraq). Düyünün bu xüsusiyyəti arıqlamağa kömək edir – pəhriz dövrü aclıq hissi yox olur.

Düyüdə 8 mühüm amin turşuları vardır ki, piy toxumasının ərinməsində və şəkərin energetik mübadilədə iştirakını sürətləndirir. Həmçinin dofamin neyromediatorunun yaranması üçün xammal rolu oynayaraq, əhval ruhiyyəni yüksəldir və orqanizmin ümumi tonusunu normallaşdırır.

Qonur düyü sellülozla zəngindir ki, bu onu bağırsaq üçün faydalı olmasını şərtləndirir.Cilalanmış düyü heç də az faydalı deyil (onun tərkibində 3%-dən artıq olmayan qida lifləri vardır). Düyü dənləri mədə-bağırsaq traktında adsorbent rolu oynayırlar – toksinləri, şlakları özlərinə çəkir. Düyü sıyığı MBT-da problemləri olan insanlar üçün idealdır – qişalı maddələr mədənin divarlarını əhatəyə alır və onları turşuların təcavüzkar təsirindən qoruyur.

Düyüdə dərinin, selikli qişanın, saçların, sinir sisteminin vəziyyətinə görə cavabdehlik daşıyan B vitaminləri qrupu vardır. O öz tərkibinə sink, kalsium, kalium, dəmir, yod, fosforu daxil edir. Bu isə öz növbəsində dəni ürək-damar və qan sistemi üçün, eləcə də böyrəklər və sidik ifrazı sistemi üçün faydalı edir. Bundan əlavə, düyüdə olan kalsium piy mübadiləsinə də təsir göstərir.

3 günlük düyü dieta variantları

Mühüm tövsiyyə:
Arıqlama və orqanizmin təmizlənməsi üçün qonur düyüdən istifadə etmək tövsiyyə edilir. Əgər onu əldə edə bilmirsinizsə, onda ağ (cilalanmış) düyüdən istifadə edin, lakin sellüloz miqdarının artırılması üçün həcmin üçdə biri qədər qurudulmuş buğda kəpəyi əlav edin.

Yadda saxlayın ki, düyü diyetasını ayda 1 dəfədən çox etmək olmaz.

Pəhriz dövründə duzdan, yağdan, şəkərdən tam olaraq imtina etmək lazımdır. Menyuda göstərilməyən heç bir şeyi yemək olmaz.

Variant № 1
1 st. düyü dənini yuyun, soyuq qaynadılmış su tökün (2 st.), ağzını bağlayın və gecəni saxlayın. Sıyığı 4-6 dəfəyə qəbul edin. Yemək aralıqlarında (yeməkdən azı 1 saat keçdikdən sonra) təbii portağal və ya alma şirəsi, eləcə də su için.

Variant № 2
Düyü dənlərini saxlamaq əvəzinə onları qaynadın (pors nisbəti olduğu kimidir, qaynatma müddəti – 10 dəqiqə). Düyünü buxarda hazırlamaq da olar. Maye rasiona şirələr (portağal, alma), su, şirin olmayan ot işkiləri, yaşıl çay daxildir. Rasiona yaşıl almaları (günə 2-3 əd.) əlavə etmək olar.

Variant № 3
Bu pəhriz variantı daha rəngarəng menyuya malikdir. Sıyığı yuxarıda göstərilən qaydada hazırlayın (istənilən variant uyğun gəlir).

1-ci gün
• Səhər yeməyi: şadrak və alma tikələri ilə sıyıq
• Nahar: çiy tərəvəzlər, 1 çay qaşığı zeytun yağı, tərəvəz qaynadılması suyu, doğranmış göyərti ilə sıyıq
• Şam yeməyi: sıyıq, sürtgəcdən keçirilmiş yerkökü, tərəvəz suyu

2-ci gün
• Səhər yeməyi: doğanmış göyərti ilə sıyıq, 1 çay qaşığı yağsız xama, portağal
• Nahar: sıyıq tərəvəz suyu
• Şam yeməyi: sıyıq və buxara verilmiş tərəvəz

3-cü gün
• Səhər yeməyi: darçın ilə sıyıq, eləcə də qreypfrut
• Nahar: sıyıq, pörtlədilmiş göbələk porsu, xiyar, tərəvəz suyu
• Şam yeməyi: sıyıq, brokkoli, tərəvəz suyu

Çay rasionuna su, yaşıl çay, ot suları daxildir.

Əlavə tövsiyyələr
Düyü diyetası zamanı fiziki yükləmələri azaltmaq lazımdır (fəal idmanla məşğul olmanı təmiz havada piyada gəzintilərlə əvəz edin). Belə ki, düyü təkcə ziyanlı elementləri deyil, həm də faydalı elementləri çıxardığından vitamin mineral kompleksi qəbul etmək lazımdır.

Rəylər.
Orqanizmin təmizlənməsi planında 3 günlük düyü pəhrizi müsbət rəylər yaradır – onun yekunlaşmasından sonra bədəndə yüngülləşmələr hiss olunur, dəri səpkilərdən təmizlənir.

Əhəmiyytəli bir çatışmamazlıq da mövcuddur: bir rəngli qidalanmaya davam gətirmək olduqca çətindir. Əgər siz iradənizin gücünə şübhə edirsinizsə, düyü pəhrizini 1 günə qədər qısaldın, lakin onu daha tez-tez yerinə yetirin (1-2 həftədə 1 dəfə).
Etiketlər: sıyıq, yeməyi, tərəvəz, etmək, faydalı, vardır, Səhər, günlük, yaşıl, Düyüdə, olaraq, eləcə, Nahar, deyil, lakin, portağal, Variant, lazımdır, dənləri, edilən
BİZİ İZLƏYİN