• Angelina Jolie dietası

Reseptin məlumatları Baxış sayı: 3 043

Tarix : 23-08-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Mükəmməl fiziki formalara malik olmaq üçün Angelina Jolie, tərkibində yüksək faizli karbohidratlar və aşağı miqdarda zilalların olduğu piylərdən ibarət dietaya riayyət edir. Bundan əlavə, Angelina Jolie intensiv şəkildə məşq edir. Karbohidratlar fiziki məşqlər üçün zəruri olan enerjini təmin edir, zülallar isə əzələ toxumasını artırırlar.

Eləcə də Angelina Jolie qida qəbulu gün ərizndə böyük olmayan beş hissələrə bölməyə çalışır. Bu reseptlər ancaq fəal şəkildə idmanla məşğul olan şəxslər üçün yarayır. Gün ərzində böyük olmamaqla beş dəfəyə qidalanmaqdan əlavə siz gün ərzində bir qədər meyvə yeyə, 250 ml yağsız süd və məhdudiyyətsiz miqdarda su içə bilərsiniz. Suyu çox içmək lazımdır, xüsusilə də əgər siz idmanla çox məşğul olursunuzsa.

Menyu variantları

Menyu 1
Səhər yeməyi, 07.00.
50 qr. parçalanmış buğda və 200 ml. yağsız süd.

İkinci səhər yeməyi, 10.00.
1 ədəd banandan püre, 60 qr. təzə çiyələk, 1 blinçik və 1 ədəd yumurta ilə.

Nahar, 13.00.
150 qr. qızılbalıq qrili, 50 qr. noxud, sulu kres.

Qəlyanaltı, 16.00.
Çəkisi 33 qr. olan müslü batonu, 150 qr. portağal şirəsi.

Şam yeməyi, 19.00.
Folqa arasında limon şirəsi və dairəvi doğranmış pomidor ilə 130 qr. toyuq döş əti, 100 qr. bişirilmiş kartof, 200 qr. düyü pudinqi, 60 qr. təzə qara qarağat.

Menyu 2
Səhər yeməyi, 07.00.
60 qr. müslü, 60 qr. sürtgəcdən keçirilmiş alma və 200 ml. yağsız süd.

İkinci səhər yeməyi, 10.00.
70 qr. tosterdə qızardılmış roqalik 40 qr. yumşaq otlarla pendir və qrildə qızardılmış 65 qr pomidor ilə.

Nahar, 13.00.
Qrildə qızardılmış 125 qr. kambala filesi 190 qr. pomidor sousu ilə pasta ilə, ½ qreypfrut.

Qəlyanaltı, 16.00.
1 ədəd kiçik yağsız pendirlə kökə və 1 çay qaşığı bal.

Şam yeməyi, 19.00.
140 qr. pəhriz steyk-qrili, 175 qr. təzə kartof. Böyük pors yaşıl salat, 125 qr. təzə meyvə.

Menyu 3
Səhər yeməyi, 07.00.
125 qr. sıyıq və 200 qr. yağsız süd.

İkinci səhər yeməyi, 10.00.
1 dilim buğda çörəyi, bulaq suyunda hazırlanmış 75 qr. sardinlə, 75 qr. üzüm.

Nahar, 13.00.
75 qr. toyuq, 75 qr. yağsız qızardılmış kartof (yanma əleyhinə spreydən istifadə edin), 175 qr. buxara verilmiş brokkoli, 75 qr. konservləşdirilmiş narıngi.

Qəlyanaltı, 16.00.
Krekerlər və 115 qr. yumşaq pendir.

Şam yeməyi, 19.00.
125 qr. paltus və 200 qr. bişmiş kartof. Kiçik çerri pomidorlarından, su kressi və göbələkdən ibarət aşağı kalorili qarışıq salat.
Etiketlər: yeməyi, yağsız, kartof, qızardılmış, Menyu, Səhər, səhər, İkinci, Qəlyanaltı, Nahar, Angelina, Jolie, pomidor, aşağı, miqdarda, müslü, buğda, şirəsi, fiziki, böyük
BİZİ İZLƏYİN