• Ananas dietası

Reseptin məlumatları Baxış sayı: 2 833

Tarix : 22-04-2018, 10:00

Bölmə : Pəhriz (diet)


Ananas dietası faydalı ola bilər – ancaq ona xüsusi bir yanaşma lazımdır. Ananasın tərkibində enzimlər vardırlar ki, onlar piy qatlarının yaranmasına qarşı intensiv mübarizə aparır və mədənin fəaliyyətini yaxşılaşdırırlar. Eləcə də onlar bağırsaq sistemi və mədəaltı vəzin fəaliyyətinə müsbət təsir göstərirlər.

Ananas aşağı dərəcədə kaloriliyə malikdir – 50 kkal-ə yaxın, eləcə də tərkibində böyük həcmdə kalium vardır ki, o orqanizmdən izafi mayeni çıxarır.

Ananasda qiymətli maddə bromelayn vardır ki, hansıki əla bir piy yandırıcısıdır.

Ananaslar orqanizm üçün faydalı olan geniş vitaminlər və mineral maddələr spektrinə malikdirlər. Ananas dietası zamanı ancaq təzə ananasdan istifadə edilir, belə ki, konservləşdirilmiş ananasda istilik ilə hazırlanması səbəbindən bromelaynın dağılması prosesi baş verir.

Ananas dietasının iki variantı mövcuddur.

Ananas dietası 1
2 kiloqram təzə ananas və 1 litr 100%-lik, şəkərsiz ananas şirəsi götürmək lazımdır. Ananas dairəvi olaraq doğranır və dörd porsa bölünür – səhər yeməyi, ikinci səhər yeməyi, nahar və şam yeməyi. Gün ərizndə 1 litr ananas şirəsi içilir. Başqa heç nə yeyilmir, nə də içilmir. Həftə ərzində özünüzə iki gün boş gün müəyyən edin. Belə ananas dietası zamanı siz iki gündə sağlamlıq üçün heç bir ziyan olmadan 2 kiloqram çəki itirsiniz.

Ananas dietası 2
Ananasın köməkliyi ilə ikinci arıqlama metodu 5 gün üçün nəzərdə tutulmuşdur. Gün ərizndə 2 litr su, mineral su, ot və ya meyvə çayı qəbul etmək lazımdır. Qidalanma hissələrə bölünmüş olmalıdır – gündə 4 dəfə. Ananas dietasının bütün günlərində səhər yeməkləri eynidir.

Ananas dietasının menyusu
Səhər yeməyi: yağsız yoqurtla qarışdırılmış təzə ananasdan püre (100 qr.) və 2 çay qaşığı yarma lopaları.

İkinci səhər yeməyi: qaynadılmış yumurta + nazik kərə yağı qatı və qızıl balıqla (semqa) çovdar çörəyi dilimi.

1-ci GÜN
Nahar: düyü karri ilə
Şam yeməyi: 2 ədəd kartof qabıqlı qaynadılmış, 100 qr. ananas, 1 xörək qaşığı xama və 1 çay qaşığı qıtıqotu (rusca-''xren'') ilə qarışdırılmış yağsız kəsmik (50 qr.) (kartofa ananas və kəsmikdən hazırlanmış sous da əlavə etmək olar)

2-ci GÜN
Nahar: cücə və ananaslar
Şam yeməyi: ananas (100 qr.) + qaynadılmış krevetlər (100 qr.) + 3-4 budaq kərəviz + xiyar (hamısı narın doğranır və qarışdırılır, duz, istiot və 1 xörək qaşığı mayonezə icazə verilir).

3-cü GÜN
Nahar: ananas (100 qr.) + baş salat (2-3 yarpaq) + qırmızı bibər (1/2) + 2 pomidor (hamısı narın doğranır və qarışıdırlır: əlavə edilir- narınlaşdırılmış sarımsaq dilimi, duz, çay qaşığı qıtıqotu və ¼ çay qaşığı xardal, limon şirəsi və çay qaşığı bitki yağı).
Şam yeməyi: bitki yağı və soğanla qovrulmuş hind toyuğu döş əti (100 qr.) + ananas (100 qr.) + 2 ədəd çovdar xlebsı

4-cü GÜN
Nahar: barmaqlıq üzərində bişirilmiş toyuq əti (100 qr.), ananas (100 qr.), portağal (3 dilim), yaşıq noxud (2 xörək qaşığı) və mayonezlə (yaxşı olardı ki, yüngülü) hazırlanmış salat
Şam yeməyi: kərəviz şorbası + ananas (100 qr.)

5-ci GÜN
Nahar: ananaslı qatlı pirojnalar.
Şam yeməyi: düyü (çiy halda 2 xörək qaşığı) doğranmış ananasla (100 qr.)
Etiketlər: ananas, yeməyi, Ananas, qaşığı, Nahar, dietası, səhər, xörək, şirəsi, qaynadılmış, doğranır, lazımdır, dietasının, vardır, kiloqram, çovdar, salat, hamısı, zamanı, ananasdan
BİZİ İZLƏYİN