• Britni Spirsin dietası

Reseptin məlumatları Baxış sayı: 2 291

Tarix : 18-04-2018, 10:00

Bölmə : Pəhriz (diet)


Britni Spirsin dietasında hər biri qida qəbulunda 40% karbohidrat, 30% zülal, 30% zənginləşdirilməmiş piylər vardır. Britni Spirs rafinə edilmiş şəkərlərdən və mürəkkəb karbohidratlardan (parçalanma zamanı təbii şəkər əmələ gətirən çörək, makaronlar və digər ərzaqlardan ) uzaq durur.

Çalışır ki, günün ikinci yarısında karbohidrat yeməsin, zülallardan istifadəni yüksək səviyyədə saxlayır və heç bir halda axşam saat səkkizdən sonra yemək yemir (dolu qarınla yatmaq – çəki yığmağın ən “düzgün” yoludur).

Britni Spirs dietasından menyu nümunəsi

Səhər yeməyi:
4 yumurta sarısı, 30 qr. sürtgəcdən keçirilmiş pendir, balaca bir üzüm salxımı, tost çovdar çörəyinin yarısı, bir qədər zeytun yağı (yumurta sarılarından qayğanaq bişirmək üçün).

İkinci səhər yeməyi:
130 qr. dəniz məhsulu, bir neçə salat yarpağı, 1 alma, çovdar çörəyi dilimi, 1 çay qaşığı yüngül mayonez.

Nahar:
30 qr. yağsız pendir, portağal.

Şam yeməyi:
150qr. mal əti, yağsız və sürtgəcdən keçirilmiş pendir, soğan, göbələk, göyərti, ¼ fincan paxla, doğranmış 1 pomidor, 1 çay qaşığı zeytun yağı (pomidor, soğan, göyərti salatına əlavə etmək üçün).
Etiketlər: pendir, yeməyi, Britni, sürtgəcdən, soğan, çovdar, zeytun, qaşığı, göyərti, yağsız, keçirilmiş, pomidor, Spirs, yumurta, karbohidrat, nümunəsi, qədər, sarılarından, qayğanaq, bişirmək
BİZİ İZLƏYİN