• Hollivud dietası

Reseptin məlumatları Baxış sayı: 3 150

Tarix : 26-05-2018, 18:00

Bölmə : Pəhriz (diet)


Demək olar ki, bütün dünya ulduzları gözəl və baxımlı bədənə quruluşuna malikdirlər və onların bir çoxuna həmin nəticələri əldə etməyə hollivud dietası kömək etmişdir. Həmin qidalanma sisteminin sayəsində bədəni uzun müddət üçün ideal çəki səviyyəsində saxlamaq olar.

Hollivud dietası. Qidalanma sistemi
Hollivud dietasının icrası olduqca sadədir və onun əsasını karbohidrat və piylərin istifadəsinin məhdudlaşdırılması təşkil edir.
Ərzağın yüksək kaloriliyi zamanı o ya böyük həcmdə zülal olan (ət, balıq, yumurta), ya da böyük miqdarda bitki hüceyrəli (az karbohidrat tərkibli tərəvəzlər, meyvələr) olmalıdırlar.
Hollivud dietasının bütün günləri əzrində səhər yeməyi rasiondan çıxarılır. Bu dietada səhər yeməyi ya tam istina edilir ya da şəkərsiz çayla yarım qreypfrutla əvəz olunur.
Qadağan olunan ərzaqlar: xəmir və qənnadı məmulatları (o cümlədən çörək), tərkibində nişasta olan meyvə və tərəvəzlər, alkoqol, şəkər (karbohidratsız şəkər əvəzləyicisindən istifadə etmək olar), duz və müxtəlif şorabalar.
Bütün yeməklər yağ və piysiz hazırlanmalıdırlar (ancaq qaynatmaq və ya buxarda hazırlanmağa icazə verilir).
İçkilərdən ancaq adi su və yaşıl çay olar. Gündə 1,5 litrdən az olmayan miqdarda maye içmək lazımdır.
Belə hollivud dietası nəticəsində siz 2 həftə ərzində 9 kq çəki ata bilərsiniz.

Hollivud dietası menyusu:

1-ci gün:
Nahar: 1 yumurta, 1 pomidor, qara qəhvə.
Şam yeməyi: 1 yumurta, yaşıl salat, 1 qreypfrut

2-ci gün:
Nahar: 1 yumurta, qara qəhvə, qreypfrut.
Şam yeməyi: barmaqlıq üzərində bişirilmiş mal əti, xiyar, qara qəhvə

3-cü gün:
Nahar: 1 yumurta, 1 pomidor, basdırılmış ispanaq.
Şam yeməyi: barmaqlıq üzərində qızardılmış dana əti tikəsi, xiyar, qara qəhvə

4-cü gün:
Nahar: yaşıl salat, qara qəhvə, 1 qreypfrut.
Şam yeməyi: 1 yumurta, kəsmik, basdırılmış ispanaq, çay

5-cü gün:
Nahar: 1 yumurta, basdırılmış ispanaq, qara qəhvə.
Şam yeməyi: barmaqlıq üzərində hazırlanmış yağsız balıq, yaşıl salat, qara qəhvə

6-cü gün
Nahar: alma, portağal və qreypfrutdan meyvə salatı.
Şam yeməyi: barmaqlıq üzərində hazırlanmış mal əti, xiyar, çay.

7-ci gün:
Nahar: tərəvəz şorbası, barmaqlıq üzərində hazırlanmış toyuq, çay, portağal.
Şam yeməyi: meyvə salatı.

Hollivud dietasının davamlılıq müddəti 2 həftədir.
Etiketlər: yeməyi, yumurta, qəhvə, Nahar, üzərində, Hollivud, barmaqlıq, yaşıl, dietası, xiyar, basdırılmış, meyvə, qreypfrut, dietasının, salat, ispanaq, hazırlanmış, bütün, şəkər, tərəvəzlər
BİZİ İZLƏYİN