• Üç günlük ekspres dieta

Reseptin məlumatları Baxış sayı: 3 521

Tarix : 6-04-2018, 10:00

Bölmə : Pəhriz (diet)


Qısa müddət ərzində artıq çəkidən xilas olmaq – təcili “tədbirdir”. Bizim məqaləmizdə 3 günlük ekspress dieta bir neçə variantda təqdim edilir. Yadda saxlayın ki, öz orqanizminiz üzərində apardığınız çoxsaylı sınaqlar ağır nəticələrə gətirib çıxara bilər.

1 saylı variant (çəkiatma günləri)

Göstərilən ekspress dieta 3 günə hesablanaraq bir neçə çəkiatma günlərindən ibarətdir. O, 2-3 kq çəki atmağa imkan verir.

• 1-ci gün (tərəvəzlə çəkiatma). Bir günlük ratsion (qida qəbulu arasındakı fasilə - 2 saat): tərəvəz şirələri – 2 st., təzə və ya buxara verilmiş nişastasız tərəvəzlər (1 kq), şəkərsiz yaşıl çay.
• 2-ci gün (su ilə çəkiatma). Gün ərzində; 3-4 litr su (su qəbulları arasındakı fasilələr 30-40 dəqiqə).
• 3-cü gün (zülalla çəkiatma). 200 qr. yağsız kəsmik və 1.5 litr kefir (bütün hamısını 5 porsa bölün)

2 saylı variant (zülallı karbohidrat dietası)

1-ci gün

• Səhər yeməyi: böyük olmayan banan, 200 ml aşağı yağlılıqlı içməli yoqurt, doğranmış çörəkdən tost, bir fincan yaşıl qəhvə (onu ot çayı ilə də əvəz etmək olar).
• Nahar: qaynadılmış ağ paxla (100 qr.), ilıq bişirilmiş yumurta, çay
• Şam yeməyi: 100 qr. spagetti, 100 qr. qaynadılmış krevet, yarpaqlı salat, itburnu həlimi

2-ci gün
• Səhər yeməyi: 200 ml süd, az sayda turş-şirin alma, doğranmış çörəkdən tost, yaşıl çay
• Nahar: 200 qr. yağsız kəsmik, təzə pomidor, çay
• Şam yeməyi: buxara verilmiş tərəvəz və ya raqu, toyuq filesi həlimi – 50 qr., limon şirəsi ilə su.

3-cü gün
• Səhər yeməyi: ilıq bişirilmiş yumurta, yaşıl qəhvə, doğranmış çörəkdən tost
• Nahar: 200 qr. yağsız kəsmik, təzə pomidor və 50 qr. toyuq filesi həlimi
• Şam yeməyi: təəvəz raqusu (kök, paxla, yunan balqabağı, pomidor), mineral su

3 saylı variant (aşağı kalorili dieta)
1-ci gün (900 kkal zülal menyusu): 400 qr. yağsız kəsmik, 600 ml. Yağsız kefir (içməli yoqurt), 2 litr su.
2-ci gün (800 kkal karbohidrat menyusu): hərəsindən 700 qr. təvəzə və meyvə, 2 litr su
3-cü gün (700-800 kkal zülal-karbohidrat menyusu): 2 litr su, qaynadılmış yumurta və qreypfrutlar (hərəsindən 4 ədəd) - ərzaqları 1 saatlıq fasilələrlə qəbul etmək lazımdır

Əlavə tövsiyyələr
İstənilən sürətli dieta – orqanizm üçün olduqca ciddi stresdir. Buna görə də bədən görkəminin bu formada korreksiyasından 1 ayda 2-3 dəfədən artıq istifadə etmək mməsləhət deyil. Əldə edilmiş nəticəni itirməmək üçün, dieta bitdikdən sonra rasional qidalanmanın elementar qaydalarına riayyət etmək tövsiyyə edilir: yağlı və qızardılmış qida istisna edilir, şiriniyyata, şorabalara, hisə verilmiş ərzaqlara aludə olmaq olmaz. Gündə 5-6 dəfə, az-az qidalanmaq lazımdır. Yatmamışdan azca əvvəl yemək olmaz.

Əks göstəricilər
İstənilən ekspress dietalar ancaq sağlam olan adamlar üçün yararlıdırlar. Qəti şəkildə əks göstəricilər MBT, ürək-damar sistemi, böyrək, qaraciyər patologiyası olanlara aiddir (belə hallarda müalicəvi qidalanma tələb edilir).

Rəylər
Təcrübə göstərir ki, istənilən 3 günlük ekspress dieta, ba. Gicəllənməsi, tez yorulma, pis əhval-ruhiyyə kimi bir sıra xoşagəlməz əlamətlərin üzə çıxmasına gətirib çıxara bilər. Göstərilən metodikaların səmərəli nəticələri orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır: kimsə 3-4 kq ata bilir, kimsə isə cəmi 1 kq arıqlayır.
Etiketlər: dieta, yeməyi, çəkiatma, ekspress, etmək, kəsmik, edilir, yaşıl, yağsız, Səhər, menyusu, pomidor, yumurta, saylı, variant, Nahar, həlimi, qaynadılmış, çörəkdən, doğranmış
BİZİ İZLƏYİN