Siz bir növlü menyudan rahatsız olmursunuz və qısa müddət ərzində 4-6 kq artıq çəki atmaq istəyirsiniz? 6 ləçəkli monodieta sizə ideal olaraq uyğun gələcəkdir – həmin dieta 6 metodikanı birləşdirir ki, onlardan hər biri müəyən ərzaq qrupuna aiddir.
Dieta haqqında məlumat
6 ləçək adını daşıyan monodieta İsveçdən olan dietoloq Anna Yuhansson tərəfindən hazırlanmışdır. Həmin metodika 6 gün ərzində 6 kq. Qədər çəki atmağa imkan verir (olur ki, son nəticə bəyan edilən nəticələrdən zəif olur – burda hər şey ilkin göstəricilərdən asılıdır). Dietanın üstünlüklərinə təkcə qısa müddət ərzində piy toxumasından qurtulmaq deyil, həm də orqanizmi şlak və toksinlərdən təmizləmə də aid edilə bilər. Göstərilən metodikanın səmərəliyi qida ərzaqlarının düzgün ardıcıllığının seçilməsindədir – burada zülal karbohidratlarla növbələşir. Belə yanaşma sayəsində çəki bir nöqtədə donub qalmır və planlı şəkildə aşağı düşməyə başlayır (orqanizm qlikogenləri sərf edir, sonra isə onları bərpa edir).
Yuhanssonun metodikası digər oxşar metodikalardan nə ilə fərqlənir?
Müəllif göstərilən metodikanın bütün mərhələlərini vizuallaşdırmağı təklif edir – bunun üçün 6 ləçək kəsmək, hər birində günü menyusunu yazmaq və göz görünən yerdə asmaq kifayət edir (misal üçün, soyuducunun üzərində). İndi yerdə qalanı mərhələləri keçdikcə amansızcasına ləçəklərdən qurtulmaqdır. Belə yanaşma dietanı darıxdırıcı təkahənglilikdən xilas edir – arıqlayan adam öz nailiyyətlərini görürü və çətin ki, zəfərdən bir addım əvvəl dietanı yarımçıq buraxmaq istəyərə. Mühüm amil: dietadan 4-6 ay ərzində 1 dəfədən artıq istifadə etmək olmaz.
Altı ləçək monodietasının təsviri
Dietada ərzaqları hansı şəkildə uyğunlaşdırırlar? Metodikanın müəllifi aşağıda göstərilən sxemi təklif edir:
• 1-ci gün (zülal): 300-500 qr. balıq
• 2-ci gün (karbohidratlar): tərəvəz – 1.5 kq.
• 3-cü gün (zülal): toyuq əti – 500 qr.
• 4-cü gün (karbohidratlar): dənlər (zlaki) – 200 qr.
• 5-ci gün (zülal): kəsmik – 500 qr.
• 6-cı gün (karbohidratlar): meyvələr – 1.5 kq.
Qidalanma üzrə ətraflı tövsiyyələr
Balıq monodietası
Bu gündə istənilən balıqdan yemək lazımdır – onu qaynatmaq da olar, buxarda da hazırlamaq, basdırmaq, bişirmək. Balığın növünün əhəmiyyəti yoxdur. Göstərilən mərhələdə piyin yandırılması prosesi işə salınır. Bu günün ratsionuna şəkərsiz çay və qazsız su daxildirlər.
Tərəvəz monodietası
Bu gün rasiona əsasən tərəvəz daxil edilir (üstünlük nişastasız tərəvəzlərə verilir). Məsləhət görülür ki, menyunu natural ədviyyatlarla və göyərti ilə zənginləşdirəsiniz (göyətri bağırsağın təmizlənməsinə kömək edir). Tərəvəzləri təzə-təzə qəbul etmək tövsiyyə edilir, lakin isidilmiş hazırlanma da istisna edilmir: onları buxarda hazırlamaq, suda qaynatmaq, basdırmaq, bişirmək olar. Maye ratsionuna qazsız su, şəkərsiz yaşıl çay, tərəvəz şirələri daxildir.
Toyuq monodietası
Həmin gün ancaq dərisiz toyuq filesinə həsr edilir. əti qaynatmaq, buxarda hazırlamaq, basdırmaq olar. Qəbz olmaması üçün ratsiona göyərti əlavə etmək məsləhət görülür. Dadı yaxşılaşdırmaq üçün ədviyyalardan istifadə etmək olar. İçməyə su və şəkərsiz yaşıl çay məsləhət görülür.
Dən monodietası
Bu gündə suda bişirilmiş sıyıqlardan, eləcə də taxıl çörəkçiyi (xlebtsı), yaşıl taxıl dəni, tumları, kəpək yemək lazım gələcək. Əvvəlki günlərdə olduğu kimi ancaq su və yaşıl çay içmək lazımdır.
Kəsmik monodietası
Gün ərzində yalnız kəsmik yemək olar. İçməyə su, kefir, süd və yaşıl çay icazə verilir.
Meyvə monodietası
Həmin gün ancaq meyvə (çiy, bişmiş) yemək nəzərdə tutulur. Ədviyyat kimi darçın, limon qabığı, vanildən istifadə etmək olar. Maye rasionuna meyvə şirələri, su, çay daxildirlər.
Monodietanın düzgün yekunlaşdırılması
Əldə edilmiş nəticəni qoumaq üçün dietanı düzgün yekunlaşdırmaq lazımdır. Bunun üçün ratsionun kaloriliyini tədricən artırmaq, hər gün 100 kkal əlavə etmək gərəkdir. 1300 kkal nöqtəsindən başlamaq lazımdır. Ratsionda xəmir qatqıları, şirniyyat, turşular, hisə verilmişlər, çətin əriyən heyvan yağları, fast-fud olmamalıdır.
Əks göstəricilər
Təqdim edilən arıqlama metodikası əks göstəricilər verir:
- menyudakı komponentlərə qarşı fərdi dözümsüzlük hallarında;
- mədə-bağırsaq traktı, böyrək və qaraciyər patologiyaları zamanı;
- hamiləlik və laktasiya dövründə;
- yeniyetmə yaşlarında.
Yadda saxlamaq lazımdır ki, dietaya immunitetin zəifləmiş vəziyyətində başlamaq olmaz (misal üçün yenicə keçirilmiş qripdən sonra).
Rəylər
Rəylərə əsasən 6 ləçək dietası davamlı nəticəni təmin edir – çəki artıq əvvəlki nöqtəsinə geri qayıtmır.
Etiketlər: monodietası, etmək, ərzində, lazımdır, yaşıl, yemək, zülal, ləçək, şəkərsiz, karbohidratlar, görülür, istifadə, ancaq, Həmin, dietanı, düzgün, tərəvəz, qaynatmaq, artıq, buxarda