• Qarabaşaq dietası

Reseptin məlumatları Baxış sayı: 4 705

Tarix : 16-12-2017, 20:00

Bölmə : Pəhriz (diet)


Qarabaşaq dietası – məhdudiyyətlərinə görə ən sərt dietalardan biridir, eyni zamanda ən effektli dietalardandır. Qarabaşaq dietası həftə ərzində 10 kq qədər çəki atmaq olar. Qarabaşaq doyumluluq hissi verir və eyni zamanda da orqanizmi təmizləyir. Belə dietadan istifadə etməklə nəinki arıqlamaq, həm də dermotoloji problemlərdən xilas olmaq olar.

Qarabaşaq dietası 1 həftə üçün nəzərdə tutulmuşdur ki, bundan sonra azı 1 ay fasilə vermək lazımdır.

Qarabaşaqı necə hazırlamaq lazımdır:

Bir stəkan yarmaya təxminən 2-2,5 stəkan qaynar su tökürsüz və gecəyə saxlayırsınız. Artıq qalan suyu səhər sadəcə atırsınız. Qarabaşaqı qaynatmaq lazım deyil.

Qarabaşaqı qəbul etmək lazımdır:
Duz və ədviyyatlarsız, 1% yağlılıqlı kefir əlavə etmək olar. Qarabaşaqdan nə qədər istəsəniz yemək olar, kefirdən isə günə 1 litrdən artıq qəbul etməyin.
Nə qədər istəsəniz su için: sadə və ya qazsız mineral suyu.
Arzu edilən olmasa da 1-2 az yağlılıqlı yoqurt və ya bir-iki meyvə əlavə etmək olar.
Yuxudan 4-6 saat əvvəl yemək olmaz, əgər aclıq güc gəlirsə, yatmamışdan 30-60 dəqiqə əvvəl 1 stəkan kefir için.
Mütləq polivitaminlər qəbul edin.
Əgər siz dietanı pozmaq məcbiriyyətində qalmısınızsa, qorxulu heç nə yoxdur, səhərisi gün heç nə olmamış kimi dietanı davam etdirin.
Dietanı bitirdikdən sonra, aramla qidalanın ki, yenə də sürətlə çəki yığmayasınız. Ən əsası, həddən artıq yeməyin, gecə yatmamışdan əvvəl yeməyin.
Etiketlər: Qarabaşaq, Qarabaşaqı, əvvəl, qədər, lazımdır, qəbul, stəkan, etmək, dietası, sonra, əlavə, yemək, kefir, yağlılıqlı, istəsəniz, dietanı, artıq, yatmamışdan, zamanda, həftə
BİZİ İZLƏYİN