• Larisa Dolinanın dietası

Reseptin məlumatları Baxış sayı: 4 218

Tarix : 12-12-2017, 20:00

Bölmə : Pəhriz (diet)


Larisa Dolinanın dietası zamanı bir həftəyə 7 kq qədər çəki atmaq mümkündür. Qida qəbulu gündə 6 dəfə və ciddi şəkildə bölüşdürülmüş zaman fasilələrindədir. Larisa Dolinanın dietası zamanı qida qəbulun saatı – ciddi şəkildə saat 18-ə qədərdir.

Dietadan sonra birinci həftəni adi qaydada qidalanırsınız, lakin yağlı, şirin, xəmir və acılı qidaları, əldə edilmiş çəkinin möhkəmləndirilməsi üçün, məhdudlaşdırırsınız.

Dietadan əvvəl boşalma günü keçirmək lazımdır və sonra gündəlik olaraq bağırsağı imalə il təmizləmək lazım gələcək.
Hə qida qəbulundan əvvəl dazı, çobanyastığı və kalendula otlarından dəmlənmiş 50 qr ot çayı için (hər bitkinin 1 paketi 200 ml qaynar suya əlavə edilir ).
Gün ərzində 0,5l artıq olmayan qaynadılmış su içmək olar. Səhərlər bir fincan şəkərsiz qara qəhvə için.
Günlər üzrə Larisa Dolina dietası

1-ci gün: 400 qr. bişirilmiş duzsuz kartof və 500 qr. 1 %-lik yağlılıqlı kefir
2-ci gün: 400 qr. yağsız kəsmik və 500 qr. 1%-lik yağlılıqlı kefir
3-cü gün: 400 qr. meyvə (banan və üzümdən başqa istənilən meyvə) və 500 qr. 1% kefir.
4-cü gün: 400 qr. duzsuz qaynadılmış toyuq döş əti və 500 qr. 1% kefir.
5-ci gün: 400 qr. meyvələrdən və 500 qr. 1% kefir.
6-cı gün: 1,5 litr qazsız mineral su.
7-ci gün: 400 qr. meyvə və 500 qr. 1% kefir.

Rəylər
Dolina dietasının mənfi cəhəti kimi onda piylərin minimal miqdarda olmasını göstərmək olar ki, bu da orqanizm üçün elə də yaxşı deyil. Buna görə də Dolina dietasını ayda bir dəfədən artıq tətbiq etmək məsləhət görülmür. Dieta zamanı ağır fiziki yükləmələr əks göstəricidir.
Etiketlər: kefir, meyvə, Larisa, Dolina, zamanı, dietası, sonra, Dietadan, əvvəl, yağlılıqlı, artıq, Dolinanın, duzsuz, şəkildə, ciddi, qaynadılmış, içmək, üzümdən, banan, başqa
BİZİ İZLƏYİN