• Kreml dietası

Reseptin məlumatları Baxış sayı: 3 387

Tarix : 8-12-2017, 20:00

Bölmə : Pəhriz (diet)


Kreml dietası, eləcə də Amerika astronavtlarının dietası kimi məşhur olan dieta, ona görə belə gurultulu ad daşıyır ki, bir çox siyasətçilər və dövlət səviyyəli xadimlər, onu sadəliyi və müxtəlif növ ərzaqlardan imtina etməyin məcburi olmamasına görə seçmələrindədir.

Dieta bir neçə prinsipə əsaslanır:
1. Ət və pendir – heyvan mənşəli zülal;
2. Sellülozla zəngin tərəvəzlər;
3. Karbohidratların istisna edilməsi;
4. Bol-bol maye içilməsi; mayeni çox içmək lazımdır – qazsız içməli su, ot çayları, şəkərsiz ot yığmaları, nadir hallarda – şəkər əvəzliyiciləri

Kreml dietasının cədvəli də mövcuddur ki, onun sayəsində şərti vahidlərlə ərzaqların qida dəyərliliyini öyrənmək – daha dəqiqi isə karbohidratlar tərkibini demək olar.

Kreml dietasına riayyət edən zaman gün ərzində 40 şərti vahiddən artıq olmayan miqdar qəbul etmək lazımdr ki, arıqlamaq mümkün olsun: 40-60 vahid çəkini saxlamaq üçün lazımdır. 60 vahiddən artıq qəbul zamanı isə çəkinin artması baş verir.

Dietanın zülallara əsaslanması hesabına o, anamnezlərində böyrək, ürək-damar sistemi və mədə-bağırsaq traktı xəstəlikləri olan insalar üçün əks göstərişlidir.

3 günlük Kreml menyusunun təxmini menyusu
Sizin rahatlığınız üçün biz ratsionunuzun nədən ibarət olacağını deməyəcək təxmini meyunu diqqətinizə çatdırırıq. Siz inqredient və yeməkləri (reseptlər olduqca çoxdur) dəyişə bilərsiniz, lakin biz zaman siz ərzaqların “dəyərliliyinə” və ya onların tərkibindəki şərti vahid (ş.v.) miqdarına diqqət yetirmək lazım gələcək.

1-ci gün
Səhər yeməyi: bərk pendir – 1 ş.v. (100 qr.), 2 yumurta və vetçinadan hazırlanmış gözlük-yumurta – 1 ş.v. və şirin olmayan çay və qəhvə - 0 ş.v.

Nahar: şampinyonlarla tərəvəz salatı – 6 ş.v. (150 qr.), kərəvizdən sup-püre – 8 ş.v. (porsu 250 qr.), eləcə də bifşteks və şirin olmayan çay – 0 ş.v.

Şam yeməyi: orta ölçülərdə pomidor – 6 ş.v. və qaynadılmış toyuq – 0 ş.v. (tövsiyyə edilən pors – 150-200 qr.)

Gündəlik ratsionun dəyəri: 22 ş.v.

2-ci gün
Səhər yeməyi: göbələklər əlavə edilmiş iki ədəd yumurta – 1 ş.v., eləcə də şirin olmayan çay – 0 ş.v.

Nahar: yağla tərəvəz salatı – 4 ş.v. (100 qr.),, ət və xama ilə şi – 6 ş.v. (250 qr.), eləcə də kabab (tövsiyyə edilən pors 100 qr.) və şirin olmayan çay və ya kofe – 0 ş.v.

Şam yeməyi: qaynadılımış şəkildə rəngli kələm – 5 ş.v. (100 qr.), eləcə də bitki yağında qızardılmış toyuq döş əti və şəkərsiz şirin olmayan çay – 0 ş.v.

Gündəlik ratsionun dəyəri: 21 ş.v

3-cü gün
Səhər yeməyi: qara zeytun – 2 ş.v. (10 əd.), sürtgəncdən keçirilmiş pendirin əlavə edilməsi ilə 4 yumurtadan omlet – 3 ş.v. və şirin olmayan çay – 0 ş.v.

Nahar: şampinyonlarla tərəvəz salatı – 6 ş.v. (150 qr.), uxa – 5 ş.v. (250 qr.), eləcə də qoyun ətindən lüləkabab (tövsiyyə edilən pors – 100 qr.) və şirin olmayan qəhvə və ya çay - 0 ş.v.

Şam yeməyi: kahı salatı – 4 ş.v. (200 qr.), qızardılmış balıq (tövsiyyə edilən pors – 150-200 qr.) və şəkərsiz çay – 0 ş.v.

Gündəlik ratsionun dəyəri: 20 ş.v.
Etiketlər: vetçinadan, olmayan, şirin, yeməyi, eləcə, salatı, tövsiyyə, edilən, Kreml, dəyəri, Nahar, şəkərsiz, ratsionun, yumurta, tərəvəz, şərti, Gündəlik, Səhər, təxmini, artıq, qəbul
BİZİ İZLƏYİN