• Qarpız dietası

Reseptin məlumatları Baxış sayı: 4 042

Tarix : 19-09-2018, 18:00

Bölmə : Pəhriz (diet)


Qarpız dietasının köməkliyi ilə bədən görkəmini qaydasına salmaq, ideal formaya yaxınlaşmaq və özünüzün ən güclü tərəflərinizi daha bir bəndlə doldurmaq üçün ən yaxşı zamandır. Əgər siz menyunuza qarpız əlavə etmisinizsə bu sizə 5 gün ərzində 3-5 kq arıqlamağa kömək edəcək, həm də ki, onun köməkliyi ilə yüngülləşmə dietası da tərtib edə bilərsiniz.

Qarpız - ən aşağı kalorili məhsullardan biridir: onun yumşaq yerinin 10 qr-da cəmi 30 kkal vardır.

Məsləhətlər
Bu meyvənin köməkliyi ilə orqanizmi təmizləmək və onu artıq mayedən azad etmək olar, belə ki qarpız özünün sidikqovma keyfiyyətləri ilə məşhurdur.
Həm də qarpız yanıqlar zamanı da olduqca səmərəli vasitədir: qarpız şirəsini dondurun və buz tikəsi ilə yaranı işləyin. Yanıq yeri iki günə sağalmalıdır.
Lakin qarpız terapiyasına 5 gündən artıq aludə olmaq lazım deyi, bundan əlavə, qarpız dietasını böyrəklərdə daş, mədəaltı vəzin ağır xəstəlikləri, şəkərli diabet xəstəlikləri zamanı tətbiq etmək lazım deyil.

Beləliklə, əsas elementlərinin qarpız və aşağı kalorili məhsulların olduğu dieta.

• İlk beş günlükdə orta hesabla günə bir ədəd qarpız yemək tövsiyyə edilir – hesablama aşağıdakı qaydada aparılır: bədənin hər 10 kq çəkisi müqabilində 1 kq qarpızın ətli yerindən yemək lazımdır. Sonrakı günlərdə yeməkdən bir saat əvvəl qarpızın çəkisini 2 kq-a çıxarmaq lazımdır.

Əsas menyu:
1. Səhər yeməyinə şirin olmayan yulaf, 2-3 dilim pendir, şirin olmayan çay əla uyğun gəlir.
2. Nahar 150 qr. pörtlədilmiş balıq, quş və ya ətdən, 200 qr. Xamasız tərəvəz salatından ibarət olmalıdır.
3. Şam yeməyində 100 qram kəsmik (yağsız) yeyin, şirin olmayan çay için.
Etiketlər: qarpız, şirin, olmayan, köməkliyi, aşağı, zamanı, kalorili, etmək, qarpızın, lazımdır, artıq, yemək, əlavə, Qarpız, xəstəlikləri, lazım, aşağıdakı, diabet, qaydada, aparılır
BİZİ İZLƏYİN