• Piylənmənin səbəbləri

Reseptin məlumatları Baxış sayı: 3 134

Tarix : 5-09-2018, 18:00

Bölmə : Pəhriz (diet)


Dünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada 400 milyon obez və 1,6 milyard artıq çəkili vardır.

Son 30 ildə artıq çəkili insanların sayı 2 dəfə artmışdır.

Piylənmə – XXI ƏSRİN EPİDEMİYASIDIR!

2016-cı ildə bu rəqəm artım göstərəcəkdir!

2.3 milyard insan artıq çəki, 700 milyon insan isə piylənmədən əziyyət çəkəcək!

Düşünürəm ki, bu kifayət qədər güclü siqnaldır və insanların sağlamlıqlarına biganəliyinin göstəricisidir!

Öz sağlamlığına biganə olan isə ailə və çevrəsinə də eyni münasibət bəslədiyi üçün problem hər gün bir az daha dərinləşəcəkdir.

Bu gün hər 4 uşaqdan birinin artıq çəkili olması, gələcəkdə hər 3 nəfərdən birinin diabet xəstəsi olacaq deməkdir.

Təbii ki, ortaya sual çıxır: Niyə? Buna səbəb nədir?

İnsanlarda artıq çəki ilə bağlı problemlərin əsas səbəbləri nələrdir?

Səbəblər müxtəlifdir:
Sürətlə yemək və qidanı çeynəmədən udmaq;
Yemək saatlarını atlamaq və aralarda “tez bazar” nəsə yemək;
Televizor izləyərkən, kitab oxuyarkən yemək;
Üzüntülü və sıxıntılı vəziyyətlərdə yemək (depressiya);
Şirniyyat təklifini geri çevirə bilməmək;
Axşamlar gec saatlarda yemək;
Az su içmək;
Hormonlu və qatqı maddəli qidalarla bəslənmək;
Hormonal müalicə;
Hamiləlik;
Passiv həyat tərzi (ofis işi);
Kompyuter;
Mobil telefon;
Şəhər həyatı;
İdmanla məşğul olmamaq.
Səbəblər açıqlandıqdan sonra düşünürəm ki, piylənmə ilə mübarizədə az da olsa maarifləndik və mübarizədə bir az daha gücləndik.
Etiketlər: artıq, yemək, çəkili, insanların, birinin, milyard, mübarizədə, Səbəblər, insan, milyon, sıxıntılı, vəziyyətlərdə, Şirniyyat, depressiya, bilməmək, saatlarda, Axşamlar, Üzüntülü, çevirə, təklifini
BİZİ İZLƏYİN