• Şəkər xəstələrinin diqqət edəcəkləri 20 məqam – ideal diyeta

Reseptin məlumatları Baxış sayı: 3 510

Tarix : 8-09-2018, 18:00

Bölmə : Pəhriz (diet)


Xalq arasında şəkər xəstəliyi kimi bilinən DİABET, ömür boyu davam edən və pankreatin (mədəaltı vəzin) yetərli dərəcədə insulin ifraz etməməsindən və ya ifraz olunan insulinin yetərli dərəcədə istaifadə olunmamasından qaynaqlanan bir metabolizm xəstəliyidir.

Diabet xronik bir xəstəlik olduğu üçün, diabet xəstələrinin bu xəstəliklə yaşamağa öyrənməsi lazımdır. Toplumumuzun orta hesabla 6%-i şəkər xəstəsidir və bu say təbii qidalar yerinə rafinə olunmuş qidaların tərcih edildiyi üçün hər keçən gün bir az daha artmaqdadır.

Xəstəlik nəzarət altına alınmadığı halda damarlarda yaranan problemlər nəticəsində gözdə, böyrəklərdə, mərkəzi və periferik sinir sistemində, dəridə önəmli xəstəliklərə səbəb olur.

Diabet müalicəsinin məqsədi qan şəkəri səviyyəsini normaya salaraq diabetin nəticəsində yarana biləcək problemlərin qarşısını almaq və ya ən azından gecikdirməkdir.

Diabet zamanı = sağlam qidalanma birinci şərtdir.

QİDALANMADA NƏLƏRƏ DİQQƏT ETMƏLİYİK ?
Öncə qeyd edim ki, qidalanma planı xəstənin yaşına, boyuna, çəkisinə, içinə, fiziki aktivliyinə, istifadə etdiyi dərmanlara, qidalanma alışqanlıqlarına, maddi vəziyyətinə uyğun olaraq mütəxəssis tərəfindən tərtib edilməlidir.

İdeal çəkiyə çatmalı və o çəkidə qalmaq lazımdır;
Tez-tez , az-az (3 ana, 3 ara öyün şəklində) qidalanmalı və öyün atlamamlıdır;
Yemək araları 2.5-3.saat olmalıdır, eyni saatlarda qidalanmağa çalışmaq lazımdır;
Şəkər və tərkibində şəkər olan qidalardan uzaq durmaq lazımdır (mürəbbə, şokolad, tort, şirniyyatlar);
Kompleks karbohidratlara üstünlük verilməlidir ( məsş paxlalılar, tam taxil);
Tək başına meyvə qəbul olunmamalıdır. Yanında mütləq proteinli qida olmalıdır;
Süd,qatıq və pendir az yağlı olanları istifadə olunmalıdır;
Qırmızı ət yerinə bəyaz ətə üstünlük verilməlidir. Ancaq beyaz ətdən də aşırı istifadə olunmamalıdır;
Ətlərin görünən yağları, toyuq və hindinin dərisi soyulmalıdır;
Tərkibində ət olan yeməklərə əlavə olaraq yağ əlavə olunmamalıdır. ət yağda bişməməlidir;
Tərəvəz xörəkləri az su ilə bişirilməli, yeməklərin yağlı suları istifadə olunmamalıdır;
Qızartma yerinə: soyutma, buğlama, sobada bişirmə üsüllarına üstünlük verilməlidir;
Yumurta fərqli günlərdə olmaq şərti ilə həftədə ən çox 2 dəfə istifadə oluna bilər;
Doymuş yağlardan ibarət marqarin və kərə yağından uzaq durmaq, bitki yağlarını tərcih etmək lazımdır;
Süfrəyə duz qoyulmamalı, yeməklərin dadına baxmadan duz əlavə olunmamalıdır;
Spirtli içki qəbul edilməməlidir;
Diyetlə bərabər mütləq idman etmək vacibdir. İdman zamanı mümkün qədər çox əzələ çalışmasını təmin etmək lazımdır (gəzinti, üzgüçülük, rəqs);
İdman ac qarnına olunmamalıdır;
Lifli qidalar, mədənin boşalma sürətini və nazik bağırsaqdan glikoza (şəkər) əmilimini yavaşladaraqqan şəkərini tənzimləyir. Eyni zamanda qanda xolesterini və qan təzyiqini də arzu etdiyimiz səviyyədə saxlamağa yardım edir. Buna görə lifli qidaların qəbulu artırılmalıdır.
Ailə üzvlərinin də diabet xestesinə dəstək olması da önəmlidir deyə düşünürəm. Mətbəxə sağlam və təbii qidaların girməsini təmin edərək ailəcə sağlam qidalanmaq və bunu həyat tərzinə çevirmək vacibdir.
Çünki həyatda heç nə ve heç vaxt sizim sağlamlığınızdan daha vacib ola bilməz.
Etiketlər: lazımdır, olunmamalıdır, istifadə, şəkər, yerinə, Diabet, sağlam, qidaların, etmək, üstünlük, qidalanma, əlavə, verilməlidir, qidalar, təbii, yetərli, vacibdir, nəticəsində, yağlı, yeməklərin
BİZİ İZLƏYİN