• Payızda necə arıqlamaq olar?

Reseptin məlumatları Baxış sayı: 3 581

Tarix : 12-01-2018, 10:00

Bölmə : Pəhriz (diet)


Pəhriz – gündəlik rasionun məhdudlaşdırılması vacibdir, lakin bunu diqqətlə seçmək lazımdır. Kimsə düşünür ki, boş qablarla arıqlamaq olar. Ancaq unudurlar ki, çəki yerinə qayıdır. Sadəcə zaman lazımdır. Biz balanslı qidalanmağı tövsiyə edirik. Pəhriz sizin əhvalınıza və sağlamlığınıza mənfi təsir göstərməməlidir.

Düzgün seçilmiş səhər yeməyi
Əgər arıqlamaq istəyirsinizsə, düzgün səhər yeməyindən başlamalısınız. Bu isə o deməkdir ki, yuxudan oyanan kimi limon sıxılmış su içməli və ya bir çay qaşığı bal yeyərək duşa getməlisiniz.

Səhər yeməyi karbohidratlarla zəngin olmalıdır ki, sizi bütün gün boyu enerji ilə təmin etsin. Bu o demək deyil ki, səhər tezdən şokolad və kökə yeməlisiniz. Belə etsəniz, çətin ki, arıqlayasınız. Sıyıqlara üstünlük verin. Yulaf, qarabaşaq və ya qarğıdalı sıyığı məsləhətlidir.

Daha çox meyvə və tərəvəz
Bir neçə aydan sonra sevimli meyvə və tərəvəzlər piştaxtalardan yoxa çıxacaq. Orqanizmi faydalı vitaminlər və mikroelementlərlə təmin etmək lazımdır. Günorta və axşam yeməklərinizə salat və zeytun yağı əlavə edin.

Bitki və heyvan mənşəli yağlar
Əgər payızda arıqlamaq istəyirsinizsə, heç bir halda yağdan imtina etmək olmaz. Bundan imtina müxtəlif xəstəliklərə yol aça bilər.

Gün ərzində optimal yağ qəbulu çəkinizin hər kiloqramına görə 0.8 qramdan 1 qrama qədərdir. Misal üçün, əgər sizin çəkiniz 70 kiloqramdırsa, gün ərzində 70 qram yağ qəbul etməlisiniz. Bunun 40%-ə qədəri isə bitki yağlarının payına düşməlidir.

Ənənəvi qidalarda kalori miqdarını aşağı salırıq. Qızardılmış kartof, mayonezli salat və sair bu kimi qidalardan imtina edirik.

Burada fantaziyanı da işə salmaq olar. Əgər salat hazırlayırsınızsa, ona çox duz qatmayın, limon şirəsi ilə əvəzləyin. Limon şirəsini balıq, ət və tərəvəzlərdə də istifadə etmək olar.

Bəzən ən sadə qaydalar arıqlamaq üçün sizə yardımçı ola bilər.
Etiketlər: arıqlamaq, salat, səhər, lazımdır, imtina, etmək, ərzində, bilər, təmin, yeməyi, limon, istəyirsinizsə, edirik, sizin, meyvə, Pəhriz, optimal, yeməklərinizə, Günorta, qəbulu
BİZİ İZLƏYİN