• Arıqladan dərmanlar – ürək üçün TƏHLÜKƏ

Reseptin məlumatları Baxış sayı: 495

Tarix : 14.02.2018, 10:00

Bölmə : Pəhriz (diet)




Hər kəs ideal çəkidə olmaq istəyir. Lakin bunun üçün pəhriz saxlayıb idmanla məşğul olan azdır. Odur ki, arıqlamaq üçün nəzərdə tutulan dərmanların satışı ildən-ilə çoxalır. Ancaq möcüzələr yaratdığı, qısa zamanda ideal formaya qovuşdurduğu iddia edilən bu dərmanlar çox vaxt vədləri yerinə yetirə bilmir. Kifayət qədər bahalı olan həmin dərmanların gözlənilən nəticəni vermədiyi bir yana qalsın, üstəlik, insan sağlamlığını da təhlükəyə atır.

“New England Journal of Medicine”də yayımlanan araşdırmanın nəticələri arıqladan dərmanlara müraciət edən insanların ürək xəstəliklərinə yaxalandığını ortaya çıxarıb. Statistika göstərir ki, ABŞ-da hər il 20 min insan bu dərmanlar ucbatından təcili tibbi yardıma möhtac qalır. 2013-2014-cü illərdə həkimə müraciət edən xəstələrdən 3667-də ürək problemlərinin xroniki hal aldığı müşahidə edilib. Belə ki, dərmandan daimi istifadə edənlərdə ürək döyüntüləri sürətlənir, sinədə ağrı hiss edilir.

Ləman Sultan
Etiketlər: dərmanlar, müraciət, insan, dərmanların, ideal, çıxarıb, Statistika, ucbatından, tibbi, təcili, ortaya, göstərir, insanların, araşdırmanın, yayımlanan, Medicine”də, nəticələri, arıqladan, xəstəliklərinə, yardıma
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN