Gün boyu 3 əsas, 2 qəlyanaltıdan ibarət olan bu pəhriz çox uğurlu nəticələr ortaya qoyur. İki uşaq anası olmasına rəğmən, formasını qoruyan Denise Riçardsın əməl etdiyi bu pəhriz bir ayda 12 kilo arıqlamanıza kömək edəcək.
15 gün ərzində yağsız proteinlər, tərəvəzlər, fındıq, az yağlı pendir, süd məhsulları və yumurta yeyəcəksiz.Səhər
150 ml tərəvəz suyu kokteyli
Təzə ədviyyat və göbələklə hazırlanmış qayğanaq
2 dilim təzə vetçina
Kofeinsiz qəhvə və ya çay
Günortadan əvvəl
Bir tikə az yağlı pendir
Günorta
Alma sirkəsi və süzmə zeytun yağlı kahı salatı
Dilim – dilim sobada bişirilmiş toyuq filesi
Qəlyanaltı
1 ədəd xiyarın üzərinə az yağlı inək pendiri sürtüb yeyin
Axşam
Buxarda bişirilmiş brokoli və gül kələmi
Qızardılmış pomidorla qızardılmış bifşteks
İkinci həftə
Səhər 1 kasa meyvəli qatıq
Günortadan əvvəl
1 pors pendir
Günorta
Toyuq salatı ( limonlu, zeytun yağlı və pomidor, xiyarlı )
Qəlyanaltı 1 pors meyvə
Axşam
Qızardılmış ət
Qaynamış tərəvəz
1 kasa yağsız qatıq
Tərəvəz kokteylinin resepti:
30 qr xiyar
30 qr kərəvəz
2 yaşıl kahı yarpağı
1 orta boy soğan
5-6 ədəd içi bibərli yaşlı zeytun
1 pomidor
1 çay qaşığı sirkə
Duz, istiot
1 çay qaşığı zeytun yağı
Hazırlanması:
Tərəvəzləri yuyun və iri-iri doğrayın. Qaynar duzlu suya batırıb çıxarın və soyuq suyun altına tutun. Kokteyl qabına tərəvəzləri qoyun. Halqa-halqa doğranmış soğan və zeytunları əlavə edin. Üzərinə 1 çay qaşığı ketçup gəzdirin. Bir digər qabda yağ, sirkə, duz və istiotu qarışdırıb salatın üzərinə gəzdirin.
15 günlük müddətdə qırmız ət, balıq, bol miqdarda tərəvəz, yumurta, pendir, fındıq yeyin. Dəniz məhsulları, toyuq, hinduşkanı normal porslarda yeyin. Salatlarınızın üzərinə zeytun yağı da əlavə edin. Axşam yeməyindən sonra şirniyyat yeyə bilərsiz.
Bol su için.
Ciyər, qabırğa, qanad, yağlı ətlər, bud, krem pendir, pəncər, kök, düyü, kartof, yer alması, alma, şaftalı, armud, qreypfrut kimi meyvələr ilk həftə boyunca qadağandır. Çörək, plov, makaron, yulaf və keks kimi nişasta və karbohidratlı yeməklərdən uzaq durun. İlk iki həftə sonunda alma, armud, şaftalı kimi meyvələri gündə bir ədəd yeyin və səhər yeməyinə 1 dilim taxıl çörəyi də qata bilərsiniz.
Etiketlər: yağlı, zeytun, pendir, yeyin, tərəvəz, qaşığı, dilim, həftə, üzərinə, Axşam, pomidor, gəzdirin, armud, yumurta, şaftalı, Günorta, toyuq, Qəlyanaltı, Qızardılmış, bişirilmiş