• Bir həftəyə 2 kilo arıqla – PƏHRİZ

Reseptin məlumatları Baxış sayı: 4 552

Tarix : 2-06-2018, 10:00

Bölmə : Pəhriz (diet)


Təqdim etdiyimiz hər rasiona aid nümunələrdən birini seçib istədiyiniz nəticəni əldə edə bilərsiz.

Səhər yeməyi

– 1 stəkan süd, 1 stəkan meyvə suyu, 1 banan

– 1 kasa düyü gəvrəyi, 1 ədəd alma, 1 kiçik dilim pendir

– 1 ədəd qatı bişmiş yumurta, 1 ədəd cemli tost çörəyi, 1 kasa meyvəli yoqurt

– Yarım təzə qreypfrut, 1 çay qaşığı bal, 1 dilim tost çörəyi, 1 kibrit qutusu ölçüsündə ağ pendir

-1 dilim kəpək çörəyi, 1 çay qaşığı kərə yağı, 1 çay qaşığı marmelad, 1 stəkan portağal, ya da alma suyu

– 1 stəkan süd və 2 çay qaşığı kakao ilə hazırlanmış kakao, 2 pəhriz biskviti ilə 1 çay qaşığı krem pendir

– 1 ədəd alma, 1 dilim kəpək çörəyi, 1 dilim “Üç inək” pendiri, 1 stəkan portağal suyu

– 1 ədəd yumurta ilə hazırlanmış yağsız qayğanaq, 1 kibrit qutusu böyüklüyündə ağ pendir, 1 dilim çovdar çörəyi

– 1 stəkan süd, 1 kasa yulaf əsməsi, 1 ədəd alma

-1 stəkan meyvə suyu, 5 ədəd biskvit, 1 kiçik dilim pendir

Günorta yeməyi
– 1 pomidor, 50 qr ton balığı, 1 çay qaşığı mayonez, 1 çay qaşığı qaynamış düyü, 1 xiyar, 1 qaşıq zeytun yağı və limonla hazırlanmış salat, 1 ədəd banan

– 2 nazik dilim çörək, 2 çay qaşığı kərə yağı, 2 dilim pendirlə hazırlanmış sendviç, 1 stəkan portağal suyu

– 1 kasa pomidor, ya da qarışıq tərəvəz şorbası, üzərinə krem pendir sürtülmüş 1 dilim tost çörəyi, 1 pors meyvə

– 1 ədəd qatı bişmiş yumurta, 1 kasa yağsız salat, 50 qr qaynamış toyuq əti, portağal suyu

– 3 qaşıq qaynamış düyü, 3 qaşıq qatıq və bir miqdar isti su əlavə edərək hazırlanan şorba, 2 ədəd kotlet, 1 qab soğan doğranmış xiyar və pomidor

– 2 ədəd qızardılmış balıq, 1 qab mövsüm salatı, 1 pors meyvə

– 80 qr toyuq əti, 30 qr kərəvəz, kahı və 1 xörək qaşığı zeytun yağı ilə hazırlanmış toyuq salatı, 1 dilim çörək, 1 armud

– 1 qab pomidorlu vermeşil, 1 stəkan ayran

– Qızardılmış 60 qr hamburger əti, 1 qab doğranmış pomidor və xiyar, 1 alma

– 1 qab pomidor şorbası, 1 qab çuğundur salatı (50 qr turp, 140 qr qırmızı çuğundur, kahı, 1 xörək qaşığı zeytun yağı ), 1 dilim çörək.

Axşam yeməyi
– 1 qab mərci şorbası, 100 qr qaynamış toyuq, 1 qab qaynamış tərəvəz, vanilli dondurma

– 3 ədəd qaynamış sosiska, 1 ədəd qaynamış kartof, yaşıl soğan, cəfəri ilə hazırlanmış kartof salatı, 1 kasa meyvəli yoqurt

– 1 qab pomidor şorbası, 3 ədəd ətli balqabaq dolması, 1 qab meyvə salatı

– 1 qab yağsız makaron, 2 ədəd kotlet balıq, 2 dondurma

– 5 yumurta, 100 qram qaynamış göbələk, pendir, cəfəri , marqarinlə hazırlanmış göbələkli qayğanaq, 1 ayran, 1 alma

– 1 qab tərəvəz şorbası, 2 küftə, 1 qab kök salatı, 1 portağal

– 2 kiçik pomidor, 1 yaşlı bibər, 1 yumurta və istiotla hazırlanan menemen, 1 dilim qızardılmış çörək, 1 kasa qatıq

– 80 qr balıq, 1 qab rəndələnmiş kök və 1 qaynamış kartof

– 10 qab tonbalıqlı makaron, pomidor, cəfəri, 1 banan

– 1 qab pendirli kartof salatı (1 diş sarımsaq, 1 dilim pendir, cəfəri və zeytun yağ ilə hazırlayın), 1 portağal
Etiketlər: dilim, qaşığı, stəkan, qaynamış, pomidor, pendir, salatı, hazırlanmış, çörəyi, portağal, meyvə, şorbası, yumurta, kartof, toyuq, çörək, zeytun, cəfəri, tərəvəz, balıq
BİZİ İZLƏYİN