• Beş günlük gəlin pəhrizi

Reseptin məlumatları Baxış sayı: 90

Tarix : 10.07.2018, 10:00

Bölmə : Pəhriz (diet)


Toyuna son bir ay qalan xanımlar çox yorğun olurlar və hər işləri qaçaqaça düşür. Gözəl işlər olsa da, yorğun olurlar. Bu müddətdə gəlinlər onsuz da stress və həyacana görə arıqlayır. Ancaq bəzi xanımlar öz çəkilərindən narazılıq edirlər və toya az qalan vaxtdan etibarən yemək yemirlər, ancaq bu düzgün deyil. Onsuz da hər gün gəlinlik seçimi, saç, makiyaj, xına mərasimi, qız toyu sonra oğlan toyuna hazırlıq müddətində bədənləri yorğun düşür. Bu müddətdə yeməkdən imtina etsələr, daha yorğun olacaqlar və xəstələnə bilərlər. Heç bir gəlin toyunda xəstə olmaq istəməz.

Hər bir gəlinin arzusu ideal və mərasimdəki hər bir xanımdan gözəl görünməkdir. İllər sonra belə şəkillərə və video kasetə baxanda gözəl görünmək istəyirlər. Beləliklə, toyuna az qalan xanımlar üçün 5 günlük gəlin diyetası haqqında məqaləni rəqdim edirik.

Toya bir ay qalmış xanımlar duzlu, xəmir yeməkləri və çox şirin qidalar qəbul etməməlidirlər, çünki duzlu, şirin və xəmir yeməkləri qısa müddətdə bədəndə enerji yüksəkliyi yaratsa da, həmin qidalar qısa müddət ərzində də yağa çevrilir. Və bunlardan əlavə olaraq bol miqdarda su içməlidirlər. Çünki su həm üz dərisini gözəlləşdirir, həm də bədəndəki yağların əriməsini sürətləndirir.

5 günlük gəlin diyetası

1-ci gün

Səhər yeməyi: 1 dilim çörək, 1 dilim ağ pendir. İstədiyiniz qədər xiyar və pomidor yeyə bilərsiniz. Səhər yeməyi ilə nahar arası: 1 ədəd meyvə, 2 ədəd qoz və ya 6 ədəd fındıq, 6 ədəd badam
Nahar: 100 qram yağsız ətli salat, 1 kasa şorba, 1 kasa qatıq
Axşam: 7 xörək qaşığı ətsiz tərəvəz yeməyi, 1 dilim çörək, istədiyiniz qədər salat, 1 kasa qatıq

2-ci gün
Səhər yeməyi: Kəpəkli çörəyin arasında ağ pendir. (2 dilim kəpəkli çörək), xiyar, pomidor, 5 ədəd zeytun
Səhər yeməyi ilə nahar arası: 1ədəd meyvə və 1 kasa qatıq
Nahar: Yağsız salat, 6 xörək qaşığı ətli tərəvəzli yemək, 1 kasa qatıq
Nahar ilə axşam yeməyinin arası: 1 ədəd meyvə və 1 kasa qatıq Axşam: 1 dilim çörək, 7 xörək qaşığı ətsiz tərəvəz yeməyi, 1 kasa qatıq, yağsız salat

3-cü gün
Səhər yeməyi: 2 dilim çörək, 1 dilim ağ pendir, istədiyiniz qədər pomidor, xiyar, bibər. 5 ədəd zeytun
Səhər yeməyi ilə nahar arası: 1 ədəd meyvə
Nahar: Yağsız salat, 6 xörək qaşığı ətli, tərəvəzli yemək, 1 kasa qatıq
Axşam: 1 dilim (dilim incə kəsilmiş olsun) çörək, 7 xörək qaşığı qovun yeməyi, yağsız salat, yarım kasa qatıq

4-cü gün
Səhər yeməyi: 1 dilim çörək, 1 ədəd yumurta, istədiyiniz qədər xiyar, pomidor, bibər
Nahar: Sendviç (tuna balığı və ya kotlet, ya da toyuq ola bilər. Pomidor, kahı, bibər), ayran
Axşam: 1 incə dilim çörək, 7 xörək qaşığı ətsiz tərəvəz yeməyi, 1 kasa yağsız qatıq, istədiyiniz qədər salat

5-ci gün
Səhər yeməyi: pendirli yumurta (ağ pendiri yumurtanın içinə töküb çalın və bişirin), 1 dilim çörək, istədiyiniz qədər pomidor və xiyar
Nahar: 4 ədəd kotlet (böyükdürsə iki ədəd), istədiyiniz qədər salat, ayran
Axşam: 1 nazik dilim çörək, 7 xörək qaşığı tərəvəz yeməyi, istədiyiniz qədər salat

Etiketlər: dilim, yeməyi, çörək, salat, qatıq, qədər, Səhər, qaşığı, istədiyiniz, xörək, Nahar, xiyar, Axşam, pomidor, arası, meyvə, yağsız, tərəvəz, yorğun, xanımlar
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica