• Meyvə-tərəvəzlə arıqlamağın asan yolu

Reseptin məlumatları Baxış sayı: 2 459

Tarix : 30-07-2018, 10:00

Bölmə : Pəhriz (diet)


Yayda meyvə və tərəvəzlərin bol olması bizi tək vitaminlər, minerallar və digər faydalı maddələrlə təmin etmir. Meyvə-tərəvəzlərin bol olması bizə həmçinin arıqlamağa kömək edir.
Müxtəlif araşdırmalar göstərib ki, nahardan əvvəl yediyimiz tərəvəz salatı nahar zamanı daha az kalori qəbul etməyə kömək edir. Qidalı liflərlə zəngin olan tərəvəzlər mədəni tez doldurur ki, insanda tez bir zamanda toxluq hissi yaranır. Nəticədə insan hiss etmədən və heç bir xüsusi pəhriz saxlamadan arıqlayır. Salat tərəvəz və göyərtilərdən ibarət olmalıdır. Salatın porsiyası nə qədər böyük olarsa, nahar zamanı qəbul etdiyi kalorilər də o qədər az olacaq. Salata mayonez, yağ əlavə etməyin. Bu salatın kalori miqdarını artıracaq.
Gün ərzində aclıq hissi yarandıqda alma, armud, giləmeyvələr yeyin. Əksər meyvələr peçenye, şokolad, bulka və s. qida qəbulları arası yediyimiz qidalardan daha azkalorilidir. Bu da bizə artıq kaloriləri qəbul etməməyə kömək edəcək.
Etiketlər: kömək, qəbul, tərəvəz, yediyimiz, zamanı, kalori, qədər, hissi, nahar, tərəvəzlərin, olması, olacaq, Salata, mayonez, etməyin, miqdarını, salatın, əlavə, kalorilər, Salatın
BİZİ İZLƏYİN